Dərc edilib: 14-11-2021

https://www.nuh.az/30529-.html

MİDA və NİDA

14.11.2021 17:34:10

LIVE

Prezidentin nəcib MİDA layihəsinə “NİDA” qoyan cinayətkar “kvartet” – Sadıq Sadıqov, Fərhad Təhməzov, Xəyyam Abdinov və Elçin Ələkbərov

 

DTX-nın bir neçə gün qabaq həbs etdiyi  Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinovu MİDA-ya nə bağlayır ?

 

Xəyyam Abdinov kimdir ki, MİDA-ya zamin durur ?

 

MİDA rəhbərliyi  dövlət sifarişini  cinayərkar  Elçin Ələkbərova  nə məqsədlə etibar etdi ?

 

Sadıq Sadıqov, Fərhad Təhməzov nə üçün 16 ay davam edən istintaqa çağrılmadı ?

 

 

Məhkəmə yüzlərlə vətəndaşı aldadıb milyonlar mənimsəyən Elçin Ələkbərova layiq olduğu cəzanı verə biləcəkmi ?

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, sosial müdafiəsini gücləndimək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onların GÜZƏŞTLİ şərtlərlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) yaradıldı.

Prezidentin bu layihəsi sözün həqiqi mənasında böyük miqyaslı, dövlət əhəmiyyətli və millətin gələcəyinə hesablanmış layihə idi. Ölkə başçısının bu xoş məramlı, nəcib və eyni zamanda bu MİQYASDA təşəbbüsünü MİDA rəhbərliyi necə yarıtmaz həyata keçirib ?

Əslində Prezidentin bu nəcib təşəbbüsü bir dəstə cinayətkarın əlində qazanc mənbəyinə, milyonların mənimsənilməsinə, vətəndaşlara GÜZƏŞT, RAHATLIQ deyil,  CƏHƏNNƏM ƏZABI yaşatmaqla nəticələnib. Hər şey NƏTİCƏ ilə ölçülür..

Məlumdur ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədilə ölkə başçısının tapşırığına əsasən, 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda 11,6 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisinin reallaşdırılması üçün agentliyin sərəncamına verilib.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin İLK LAYİHƏSİ olan Yasamal Yaşayış Kompleksinin təməli qoyulub.

2018-ci ilin dekabrın 26-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva agentliyin ilk layihəsi -Yasamal Yaşayış Kompleksinin açılışında iştirak edərək, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq YENİ yaşayış kompleksinin təməlini qoyublar.

Məlumat üçün qeyd edək ki, vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər TAM TƏMİRLİ olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilməli idi. Mənzillər illik 4 faiz, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizi və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir.

Amma Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış kompleksində yerləşən 28 və 29 saylı binalardan mənzil alan sakinlər HƏLƏ DƏ EVLƏRİNƏ KÖÇƏ  BİLMƏYİBLƏR. Bu barədə ölkə Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən sakinlər 2018-Cİ İLDƏN BƏRİ ÖLKƏ RƏHBƏRLİYİNDƏN   KÖMƏK İSTƏYİRLƏR.  

Sözügedən binalardan müxtəlif vaxtlarda ev alan sakinlər yazır: “Bizimlə bu ərazidə inşaat işi aparan “KAT Holdinq” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, biz  2018-Cİ İLİN SONUNDA  ARTIQ  MƏNZİLLƏRİMİZDƏ YAŞAMALI İDİK.  Eyni zamanda, bu şirkət MİDA MMC ilə bağladığı müqaviləyə əsasən, 27, 28 və 29 saylı binaları investisiya müqaviləsi əsasında tikib təhvil verməli idi. Lakin bu günə qədər evlərimizə köçə bilməmişik. Alqı-satqı zamanı hətta ilkin “Çıxarış” alan sakinlər evlərini MƏCBURİ SIĞORTA  etdiriblər. Təsəvvür edin, yaşamadığımız mənzili MƏCBURİ  sığorta da etdiriblər. Hazırda bu işə Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində baxılmaqdadır. Lakin 9 ay keçməsinə baxmayaraq, bizə heç bir köməklik edilmir”.

Məktubda daha sonra yazılıb ki, “KAT Holdinq” şirkətinin təsisçilərindən biri həbs olunub: “Digər təsisçi isə Latviya vətəndaşıdır, o da heç bir iş görmür. Buna səbəb kimi “KAT Holdinq” şirkətinin vəsaitinin olmadığı göstərilir.

 Xatırladaq ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində 2017-ci ildə özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib. Müsabiqə nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC olub. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik 27 saylı bina MİDA-nın sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər iki binanın (28 və 29 saylı binaların) mənzilləri investor, yəni “KAT Holdinq” şirkəti tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Bağlanmış müqavilələrdə sözügedən 3 binanın tikintisinin 18 AY ƏRZİNDƏ  – 2018-ci ilik dekabrında başa çatdırılması planlaşdırılmışdı.

Tikintilərə investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulmuşdu.

Sual olunur, bu pul kimdə var idi ki ?

Ancaq şirkət müqaviləyə əməl etməyib. Bundan sonra sakinlərə yalan vədlər verilməyə başlanıb. Əvvəlcə, şirkətin direktoru Mail İbadov mənzillərin tam təmirli, yaşayışa yararlı halda 2019-CU İLİN MART AYINDA veriləcəyini bildirib. Ancaq bu vədləri də yalan çıxıb.

Sakinlər yazırlar ki, həmin tarixdə müraciət etdikdə, əvvəlcə tikintinin İYUN AYINDA, daha sonra SENTYABRDA bitəcəyi barədə yalan vədlər verilib. Sentyabr ayında hələ də tikintinin aparılmadığını görən, ev sahibləri “KAT Holdinq”-ə gedərək onun sahibi Elçin Ələkbərov və şirkətin işçiləri ilə görüşüblər. Görüşdə verilən vədlər yenə də YERİNƏ YETİRİLMƏYİB.

Şikayıtçilər  2020-ci il YANVAR  ayında MİDA-ya üz tutublar. Agentliyin direktoru Fərhad Təhməzov və şirkətin təsisçisi Elçin Ələkbərovun iştirakı ilə baş tutan görüşdə mənzillərdə təmir işlərinin 2020-ci ilin NOVRUZ bayramınadək təhvil veriləcəyi vəd olunub. Hətta işin MİDA-nin CİDDİ  NƏZARƏTİ  altında bitiriləcəyini bildirsə də, heç bir təmir işinə başlamayıb.

“Ötən ilin mart ayının 18-i yenidən MİDA-da görüşə toplaşdıq. Bu dəfə görüşdə “KAT Holdinq”-ə ZAMİN  DURAN  şəxs kimi Müasir İncəsənət Müzeyinin rəhbəri XƏYYAM ABDİNOV da  iştirak edirdi.

Xəyyam Abdinov mart ayının 29-dan maliyyənin ayrılacağını və mayın sonlarında binanın təhvil veriləcəyini əminliklə bizə vəd etdi. Amma təəssüf ki, bu da yalan vədlərdən biri oldu. Binalarda təmir-tikinti işləri tam olaraq dayanıb. Ötən ilin iyun ayının 9-u yenidən bir qrup şikayətçi  ev sahibləri ilə MİDA-ya toplaşdıq.

Orada bizi MİDA MMC-nin direktoru Fərhad Təhməzov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədri Sadiq Sadıqov qəbul edərək, TİKİNTİYƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMADIQLARINI bildirdilər,” – deyə sakinlərin müraciətində qeyd olunur.

Əgər məsuliyyət daşımırdınızsa, niyə bunu əvvəl demirdiniz, cənab Sadıqov, cənab Təhməzov ? 

Və niyə, nə MƏQSƏDLƏ  bu prosesi 2 il uzadırdınız ?

Niyə  siz  cənab Sadıqov, cənab Təhməzov biz şikayətçiləri kabinetinizə dəvət edərək, toplayıb vədlər verirdiniz, niyə bizi 2 il aldadırdınız ? 

Bəs indi necə oldu ki, məsuliyyət daşımırsınız?

Cinayətdən yayınmaq üçün yaxanızı qırağa çəkirsiniz ?

Sakinlər daha sonra bildirir ki,  “KAT Holdinq” MMC-yə 2020-ci ilin mart ayında yeni təyin olunmuş direktor Xəlilov Aydın Fikrət oğlu və şirkətin ikinci təsisçisi, əsas sərmayəçi  olan Latviya vətəndaşı Povilas Pociusa bildirir ki, onun tikinti üçün  yatırdığı, daha dəqiq desək  Elçin Ələkbərova verdiyi  3 milyon 300 min manat vəsait  birinci təsisçi Elçin Ələkbərov  tərəfindən  oğurlanmışdır. Buna görə də, tikintini davam etdirməyə vəsait  yoxdur.

Məlum olduğu kimi “KAT Holdinq” MMC-nin birinci təsisiçisi Elçin Ələkbərov  artıq 6 aydır ki, prokurorluq tərəfindən saxlanılıb. Amma evlərin dəyərini ödəyən yüzlərlə sakin 3 İLƏ YAXINDIR Kİ, MƏNZİLLƏRİNƏ KÖÇƏ BİLMİRLƏR. Buna  səbəb isə səlahiyyətli şəxslərin yuxarıda qeyd olunan cinayət əməlləridir. Əksəriyyətimiz  hal-hazırda kirayədə qalırıq”.

Sakinlər cənab Prezident İlham Əliyevdən  “KAT Holdinq” MMC-nin özbaşınalığına son qoyulmasını, MİDA rəhbərliyinin məsuliyyəti boynundan atmasının qarışısının alınmasını, sahib olduqları mənzillərin müqavilədə göstərildiyi kimi TAM TƏMİRLİ halda onlara verilməsi barədə göstəriş verilməsini xahiş edirlər.

Əslində görək, PƏRDƏARXASINDA hansı cinayətlər baş verib ki, Prezidentin nəcib təşəbbüsü belə nəticələnib?

Deməli, MİDA yaranan kimi qurumun rəhbərliyi MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisini həyata keçirmək üçün özəl investorların, şirkətlərin axtarışına çıxıb. Bəli, MİDA-nın rəhbərliyi milyonları mənimsəmək üçün özünə “tərəfdaş” axtarırdı. Dəvət olunan şirkətlər bu layihədə olacaq korrupsiyanın “razmer”ini, “otkat”ların dərəcəsini, maxinasiyanın dəhşətini görüb kənara çəkiliblər. Belə olan halda MİDA rəhbərliyi “cəsarətli oğlan”, hər cürə cinayət əməllərinə gedən şirkət axtarmağa başladı. Və Yasamal Yaşayış Kompleksi ərazisində  3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə  birinci investisiya müsabiqəsinin qalibi olaraq Elçin Ələkbərova məxsus  “KAT Holdinq” MMC-ni elan etdilər.

Əslində MİDA rəhbərliyi sözün həqiqi mənasında dələduz, cinayətkar, maxinator axtarırdı.

Hansı investisiya müsabiqəsindən söhbət gedə bilərdi ?

Hətta müsabiqəyə yalandan, görüntü yaratmaq üçün Elçin Ələkbərovun tapdığı  “MAQ” LTD şirkətini də ikinci iştirakçı kim sənədləşdirirlər.

Yeri gəlmişkən, Elçin Ələkbərovla  “MİDA” RƏHBƏRLİYNİN sövdələşməsinə “zamin”  duran, xeyir-dua  verən şəxs isə, DTX-nin bir neçə gün əvvəl həbs etdiyi Müasir İncəsənət Muzyinin direktoru Xəyyam Abdinov olub.

Həə, deyəsən cinayətkat “40 ayaq şəbəkə”nin  üstü açılır...

     Xəyyam Abdinov kimdir ki, MİDA-nın adından şikayətçilərə vəd verir, hətta  zamin durur. İstintaq orqanları  bu məsələni ciddi araşdırmalıdırlar.

Görəsən, “KAT Holdinq” MMC-ni qalib elan edən MİDA İH-nin sədri Sadıq Sadıqov, MİDA MMC-nin rəhbəri  Fərhad Təhməzov  Elçin Ələkbərovun cinayət əməllərindən, ağzınacan borc içində olduğundan xəbərsiz idi? 

Axı, Elçin  MİDA ilə sövdələşəndə borcun içində üzrürdü, işçilərinə maaş verə bilmirdi, Xətai rayon prokurorluğundan güclə canını qurtarmışdı, tikinti materialları şirkətlərinə borcunu qaytara bilmirdi, evindən çıxanda qorxa-qorxa çıxırdı, yanmış ofisinə qorxa-qorxa dal qapıdan girirdi, pəncərədən boylanırdı...Bu adam pul tapıb yanmış ofisini təmir edə bilmirdisə, necə investisiya qoyacaqdı ?

Hüquq-mühafizə  orqanları Elçindən şikayət edənlərdən bezmişdilər...

Bəli, MİDA MMC-nin direktoru  Fərhad Təhməzov  “Qaçqınkom”da  elədiyi milyonluq  maxinasiyaları indi də MİDA-da Elçin Ələkbərovun əli ilə həyata keçirmək istəyirdi ?

Bəli, MİDA rəhbərliyi yalandan Prezidentə məruzə etməli idi ki, iş gedir.

Bəs borc içində üzən Elçin Ələkbərov nə etməli idi ? Pulu haradan tapsın ? Bu ərəfədə  dövlət başçımızın məlum çıxışlarından, xarici investitorlara dəstəyindən və zəmanətindən xəbəri olan  Litva vətəndaşı olan biznesmen Povilas Pociusa Elçin Ələkbərovla tanış olur və  2 mln.$(3 mln 300  min manat) sərmayəni dövlət sifarişi ilə MİDA üçün tikilən lahiyəyə yatırır.

Litva vətəndaşı düşünür ki, dövlət bu boyda layihəni yoldan keçən və borc içində olan bir dələduza etibar etməz.

Nə isə işlər başlayır və çox tezliklə ortaya ciddi problemlər çıxır, tikintisi hələ bitməmiş mənzillər ayrı-ayrı vətəndaşlara, bəzi hallarda isə BİR MƏNZİL BİR NEÇƏ NƏFƏRƏ  satılır. Povilasın suallarında  Elçin Ələkbərov hırıldaya-hırıldaya yayınır. Povilasa məlum olur ki, satılan evlərin yarısı Elçinin külli miqdarda şəxsi borclarının bağlamasına istifadə olunub, qalan hissəsi deyilənə görə rüşvət və “otkat” kimi verilib və nədənsə bu mənzillərin sahibərinin sıralarında yalnız “MİDA” işbazlarına deyil, keçmiş millət vəkillərinə, prokurorluq əməkdaşlarına və inşaatdan çox kənar olan şəxslərə ödənişsiz verilib, işləri aparan podratçı tikinti təşkilatlarına isə 1 manat da ödənilməyib.

Vəziyyəti belə görən  Povilas pulunu geri istəyir, lakin pul olmadığından, variant kimi ona girovlar təklif edirlər. Həmin binadan mənzil və obyektlər, üstəlik Binəqədi rayonunda (sahibi İsa, tikintidə dələduzluğa, mənimsəməyə görə həbsxanada 10 il cəza çəkən) Elçin Ələkbərovun dostunun satıla bilməyən, işləməyən “ Sement zavodu” təklif olunur. Girov qəbul olunur, lakin tikintidə işlərin aparılmadığını və 15 mənzilin naməlum səbəbdən kənara satıldığını görən Povilas üz tutur “KAT Holding” MMC qeydiyyatı üzrə 37 ci Polis şöbəsinə və Xətai Rayon prokurorluğuna. Povilas şikayətinin  heç  bir faydası olmadığını, əksinə Elçin Ələkbərovun onlara mənzil verməklə çox tez buraxıldığını görür.

Povilas bu dəfə üz tutur Litva Respublikasının səfirliyinə, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə və yalnız xarici vətəndaş olduğuna görə, arxasında səfirliyin öz vətəndaşının taleyi ilə maraqlandığına görə Elçin Ələkbərov həbs edilir və 2020-ci iyulunda cinayət işi başlanır. Mənzil İnşaatı Dövlət Agentliyinin sosial layihəsi olan Yasamal Yaşayış kompleksinin 2017-ci ildən inşası zamanı yol verilən cinayət, dələduzluq, mənimsəmədə və s şübhəli bilinən Elçin Ələkbərovun istintaq işi 16 aydır davam edir (adətən 9 aya yekunlaşır) və  30.10.21 cil tarixində, istintaq materialları tərəflərə tanış olmaq üçün verilib.

2017- ci ildən bu günə kimi 132 ailə, evlərini satıb pullarını Elçin Ələkbərova veriblər ki, Dövlətin Sosial Lahiyəsindən yararlanıb ev , mülk sahibi olsunlar, əvəzində 4 il 6 ay qalıblar küçələrdə. Agentliyin yaradılmasının 5 illiyi ilə bağlı keçirilən tədbirdə MİDA İdarə Heyətinin sədri cənab Sadıq Sadıqov deyir: “Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil edib”.

Cənab Sadıqov ! Prezident sizə tövsiyyə etmişdi ki, milyonları mənimsəyin, güzəştli ev almaq istəyən insanlar kirayədə çürüsünlər ?

Cənab Sadıqov deyirsən ki, fəaliyyəti dövründə MİDA tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil olunub. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə XEYRİYYƏ FOND-larına ianələr edilib, şəhid ailələri, müharibə VETERANları, aztəminatlı ailələrə yardımlar paylanılıb. Sən yüzlərlə vətəndaşın pullarını mənimsəyib müharibə veteranına yardım edirsən ?

Hansı Fonda xeyriyyə yardımı etmisən ?

 Xeyriyyəçilik budurmu ?

MİDA-ya şikayətə gələn vətəndaşlara Fərhad Təhməzov və Sadiq Sadıqov qəbul edərək , deyir: “Tikintiyə heç bir məsuliyyət daşımırıq”.

Necə məsuliyyət daşımırsınız, ay maxinatorlar ?

Dövlət sifarişi olan binalar yarımçı qalıb, təmir yox, bəs onda vətəndaşlardan yığılan milyonlar kim(lər)in cibindədir ?

Cənab Sadıq Sadıqov, Fərhad Təhməzov !

Prezidentin sizə göstərdiyi etimadı belə doğruldursunuz ?

Yəqin ki, ölkə başçısı baş verənlərdən xəbər tutan kimi DƏMİR YUMRUĞUNU sizin başınıza endirəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Prezidentin nəcib MİDA layihəsinə “NİDA” qoyan cinayətkar “kvartet” – Sadıq Sadıqov, Fərhad Təhməzov, Xəyyam Abdinov və Elçin Ələkbərov

 

DTX-nın bir neçə gün qabaq həbs etdiyi  Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinovu MİDA-ya nə bağlayır ?

 

Xəyyam Abdinov kimdir ki, MİDA-ya zamin durur ?

 

MİDA rəhbərliyi  dövlət sifarişini  cinayərkar  Elçin Ələkbərova  niyə  etibar etdi ?

 

Sadıq Sadıqov, Fərhad Təhməzov nə üçün 16 ay davam edən istintaqa çağrılmadı ?

 

 

Məhkəmə yüzlərlə vətəndaşı aldadıb milyonlar mənimsəyən Elçin Ələkbərova layiq olduğu cəzanı verə biləcəkmi ?

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, sosial müdafiəsini gücləndimək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onların GÜZƏŞTLİ şərtlərlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) yaradıldı.

Prezidentin bu layihəsi sözün həqiqi mənasında böyük miqyaslı, dövlət əhəmiyyətli və millətin gələcəyinə hesablanmış layihə idi. Ölkə başçısının bu xoş məramlı, nəcib və eyni zamanda bu MİQYASDA təşəbbüsünü görək, MİDA rəhbərliyi necə yarıtmaz həyata keçirib.

Əslində Prezidentin bu nəcib təşəbbüsü bir dəstə cinayətkarın əlində qazanc mənbəyinə, milyonların mənimsənilməsinə, vətəndaşlara RAHATLIQ yox, CƏHƏNNƏM ƏZABI yaşatmaqla nəticələnib.

Məlumdur ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədilə ölkə başçısının tapşırığına əsasən, 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda 11,6 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisinin reallaşdırılması üçün agentliyin sərəncamına verilib.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin İLK LAYİHƏSİ olan Yasamal Yaşayış Kompleksinin təməli qoyulub. 2018-ci ilin dekabrın 26-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva agentliyin ilk layihəsi -Yasamal Yaşayış Kompleksinin açılışında iştirak edərək, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq YENİ yaşayış kompleksinin təməlini qoyublar. Məlumat üçün qeyd edək ki, vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər TAM TƏMİRLİ olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilməli idi. Mənzillər illik 4 faiz, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizi və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir.

Amma Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış kompleksində yerləşən 28 və 29 saylı binalardan mənzil alan sakinlər hələ də evlərinə köçə bilməyiblər. Bu barədə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən sakinlər 2018-ci ildən bəri ölkə rəhbərliyindən kömək istəyirlər.

Sözügedən binalardan müxtəlif vaxtlarda ev alan sakinlər yazır: “Bizimlə bu ərazidə inşaat işi aparan “KAT Holdinq” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, biz  2018-ci ilin sonunda artıq mənzillərimizdə yaşamalıydıq. Eyni zamanda, bu şirkət MİDA MMC ilə bağladığı müqaviləyə əsasən, 27, 28 və 29 saylı binaları investisiya müqaviləsi əsasında tikib təhvil verməli idi. Lakin bu günə qədər evlərimizə köçə bilməmişik. Alqı-satqı zamanı hətta ilkin “Çıxarış” alan sakinlər evlərini MƏCBURİ SIĞORTA  etdiriblər. Təsəvvür edin, yaşamadığımız mənzili sığorta da etdiriblər. Hazırda bu işə Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində baxılmaqdadır. Lakin 9 ay keçməsinə baxmayaraq, bizə heç bir köməklik edilmir”. Məktubda daha sonra yazılıb ki, “KAT Holdinq” şirkətinin təsisçilərindən biri həbs olunub: “Digər təsisçi isə Latviya vətəndaşıdır, o da heç bir iş görmür. Buna səbəb kimi “KAT Holdinq” şirkətinin vəsaitinin olmadığı göstərilir.

 Xatırladaq ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində 2017-ci ildə özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib. Müsabiqə nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC olub. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik 27 saylı bina MİDA-nın sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər iki binanın (28 və 29 saylı binaların) mənzilləri investor, yəni “KAT Holdinq” şirkəti tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Bağlanmış müqavilələrdə sözügedən 3 binanın tikintisinin 18 AY ƏRZİNDƏ  – 2018-ci ilik dekabrında başa çatdırılması planlaşdırılmışdı.

Tikintilərə investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulmuşdu.

Sual olunur, bu pul kimdə var idi ki ?

Ancaq şirkət müqaviləyə əməl etməyib. Bundan sonra sakinlərə yalan vədlər verilməyə başlanıb. Əvvəlcə, şirkətin direktoru Mail İbadov mənzillərin tam təmirli, yaşayışa yararlı halda 2019-CU İLİN MART AYLNDA veriləcəyini bildirib. Ancaq bu vədləri də yalan çıxıb.

Sakinlər yazırlar ki, həmin tarixdə müraciət etdikdə, əvvəlcə tikintinin İYUN AYLNDA, daha sonra SENTYABRDA bitəcəyi barədə yalan vədlər verilib. Sentyabr ayında hələ də tikintinin aparılmadığını görən, ev sahibləri “KAT Holdinq”-ə gedərək onun sahibi Elçin Ələkbərov və şirkətin işçiləri ilə görüşüblər. Görüşdə verilən vədlər yenə də YERİNƏ YETİRİLMƏYİB.

Şikayıtçilər  2020-ci il YANVAR  ayında MİDA-ya üz tutublar. Agentliyin direktoru Fərhad Təhməzov və şirkətin təsisçisi Elçin Ələkbərovun iştirakı ilə baş tutan görüşdə mənzillərdə təmir işlərinin 2020-ci ilin NOVRUZ bayramınadək təhvil veriləcəyi vəd olunub. Hətta işin MİDA-nin ciddi nəzarəti altında bitiriləcəyini bildirsə də, heç bir təmir işinə başlamayıb.

“Ötən ilin mart ayının 18-i yenidən MİDA-nə görüşə toplaşdıq. Bu dəfə görüşdə “KAT Holdinq”-ə ZAMİN  DURAN  şəxs kimi Müasir İncəsənət Müzeyinin rəhbəri XƏYYAM ABDİNOV da  iştirak edirdi.

Xəyyam Abdinov mart ayının 29-dan maliyyənin ayrılacağını və mayın sonlarında binanın təhvil veriləcəyini əminliklə bizə vəd etdi. Amma təəssüf ki, bu da yalan vədlərdən biri oldu. Binanalarda təmir-tikinti işləri tam olaraq dayanıb. Ötən ilin iyun ayının 9-u yenidən bir qrup ev sahibləri ilə MİDA-ya toplaşdıq.

Orada bizi MİDA MMC-nin direktoru Fərhad Təhməzov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədri Sadiq Sadıqov qəbul edərək, TİKİNTİYƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMADIQLARINI bildirdilər,” – deyə sakinlərin müraciətində qeyd olunur.

Əgər məsuliyyət daşımırdınızsa, niyə bunu əvvəl demirdiniz, cənab Sadıqov, cənab Təhməzov ?  Və niyə, nə MƏQSƏDLƏ  bu prosesi 2 il uzadırdınız ?

Niyə  siz  cənab Sadıqov, cənab Təhməzov biz şikayətçiləri kabinetinizə dəvət edərək, toplayıb vədlər verirdiniz, niyə bizi 2 il aldadırdınız ?  Bəs indi necə oldu ki, məsuliyyət daşımırsınız? Cinayətdən yayınmaq üçün yaxanızı qırağa çəkirsiniz ?

Sakinlər daha sonra bildirir ki,  “KAT Holdinq” MMC-yə 2020-ci ilin mart ayında yeni təyin olunmuş direktor Xəlilov Aydın Fikrət oğlu və şirkətin ikinci təsisçisi, əsas sərmayəçi  olan Latviyai vətəndaşı Povilas Pociusa bildirir ki, onun tikinti üçün  yatırdığı, daha dəqiq desək  Elçin Ələkbərova verdiyi  3 milyon 300 min manat vəsait  onun, yəni birinci təsisçi Elçin Ələkbərov  tərəfindən  oğurlanmışdır. Buna görə də, tikintini davam etdirməyə vəsait  yoxdur.

Məlum olduğu kimi “KAT Holdinq” MMC-nin birinci təsisiçisi Elçin Ələkbərov  artıq 6 aydır ki, prokurorluq tərəfindən saxlanılıb. Amma evlərin dəyərini ödəyən yüzlərlə sakin 3 İLƏ YAXINDIR Kİ, MƏNZİLLƏRİNƏ KÖÇƏ BİLMİRLƏR. Buna  səbəb isə səlahiyyətli şəxslərin yuxarıda qeyd olunan cinayət əməlləridir. Əksəriyyətimiz  hal-hazırda kirayədə qalırıq”.

Sakinlər cənab Prezident İlham Əliyevdən  “KAT Holdinq” MMC-nin özbaşınalığına son qoyulmasını, MİDA rəhbərliyinin məsuliyyəti boynundan atmasının qarışısının alınmasını, sahib olduqları mənzillərin müqavilədə göstərildiyi kimi TAM TƏMİRLİ halda onlara verilməsi barədə göstəriş verilməsini xahiş edirlər.

Əslində görək, PƏRDƏARXASINDA hansı cinayətlər baş verib ki, Prezidentin nəcib təşəbbüsü brlə nəticələnib?

Deməli, MİDA yaranan kimi qurumun rəhbərliyi MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisini həyata keçirmək üçün özəl investorların, şirkətlərin axtarışına çıxıb. Bəli, MİDA-nın rəhbərliyi milyonları mənimsəmək üçün özünə “tərəfdaş” axtarırdı. Dəvət olunan şirkətlər bu layihədə olacaq korrupsiyanın “razmer”ini, “otkat”ların dərəcəsini maxinasiyanın dəhşətini görüb kənara çəkiliblər. Belə olan halda MİDA rəhbərliyi “cəsarətli oğlan”, hər cürə cinayət əməllərinə gedən şirkət axtarmağa başladı. Və Yasamal Yaşayış Kompleksi ərazisində  3 ədə çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə  birinci investisiya müsabiqəsinin qalibi olaraq Elçin Ələkbərova məxsus  “KAT Holdinq” MMC-ni elan etdilər.

Əslində MİDA rəhbərliyi sözün həqiqi mənasında dələduz. Cinayətkar, maxinator axtarırdı.

Hansı investisiya müsabiqəsindən söhbət gedə bilərdi ?

Hətta müsabiqəyə yalandan, görüntü yaratmaq üçün Elçin Ələkbərovun tapdığı  “MAQ” LTD şirkətini də ikinci iştirakçı kim sənədləşdirirlər.

Yeri gəlmişkən, Elçin Ələkbərovla  “MİDA” RƏHBƏRLİYNİN sövdələşməsinə “zamin”  duran, xeyir-dua  verən şəxs isə, DTX-nin bir neçə gün əvvəl həbs etdiyi Müasir İncəsənət Muzyinin direktoru Xəyyam Abdinov olub.

Həə, deyəsən cinayətkat “40 ayaq şəbəkə”nin  üstü açılır...

     Xəyyam Abdinov kimdir ki, MİDA-nın adından şikayətçilərə bəd verir, hətta  zamin durur. İstintaq orqanları  bu məsələni ciddi araşdırmalıdırlar.

Görəsən, “KAT Holdinq2 MMC-ni qalib elan edən MİDA İH-nin sədri Sadıq Sadıqov, MİDA MMC-nin rəhbəri  Fərhad Təhməzov  Elçin Ələkbərovun cinayət əməllərindən, ağzınacan borc içində olduğundan xəbərsiz idi? 

 

Axı, Elçin  MİDA ilə sövdələşəndə borcun içində üzrürüd, işçilərinə maaş verə bilmirdi, Xətai rayon prokurorluğundan güclə canını qurtarmışdı, tikinti materialları şirkətlərinə borcunu qaytara bilmirdi, evindən çıxanda qorxa-qorxa çıxırdı, yanmış ofisinə qorxa-qorxa dal qapıdan girirdi, pəncərədən boylanırdı...Bu adam pul tapıb yanmış ofisini təmir edə bilmirdisə, necə investisiya qoyacaqdı ?

Hüquq-mühafizə  orqanları Elçindən şikayət edənlərdən bezmişdilər...

 

Bəli, MİDA MMC-nin direktoru  Fərhad Təhməzov  Qaçqınkomda  elədiyi milyonluq  maxinasiyaları indi də MİDA-da Elçin Ələkbərovun əli ilə həyata keçirmək istəyirdi ?

Bəli, MİDA rəhbərliyi yalandan Prezidentə məruzə etməli idi ki, iş gedir.

Bəs borc içində üzən Elçin Ələkbərov nə etməli idi ? Pulu haradan tapsın ? Bu ərəfədə  dövlət başçımızın məlum çıxışlarından, xarici investitorlara dəstəyindən və zəmanətindən xəbəri olan  Litva vətəndaşı olan biznesmen Povilas Pociusa Elçin Ələkbərovla tanış olur, 2 mln.$(3 mln/ 26 min manat) sərmayəni dövlət sifarişi ilə MİDA üçün tikilən lahiyəyə yatırır.

Litva vətəndaşı düşünür ki, dövlət bu boyda layihəni yoldan keçən və borc içində olan bir dələduza etibar etməz.

Nə isə işlər başlayır və çox tezliklə ortaya ciddi problemlər çıxır, tikintisi hələ bitməmiş mənzillər ayrı-ayrı vətəndaşlara, bəzi hallarda isə BİZ MƏNZİL BİR NEÇƏ NƏFƏRƏ  satılır. Povilasın suallarında  Elçin Ələkbərov hırıldaya-hırıldaya yayınır. Povilasa məlum olur ki, satılan evlərin yarısı Elçinin külli miqdarda şəxsi borclarının bağlamasına istifadə olunub, qalan hissəsi deyilənə görə rüşvət və “otkat” kimi verilib və nədənsə bu mənzillərin sahibərinin sıralarında yalnız “MİDA” işbazlarına deyil, keçmiş millət vəkillərinə, prokurorluq əməkdaşlarına və inşaatdan çox kənar olan şəxslərə ödənişsiz verilib, işləri aparan podratçı tikinti təşkilatlarına isə 1 manat da ödənilməyib.

Vəziyyəti belə görən  Povilas pulunu geri istəyir, lakin pul olmadığından, variant kimi ona girovlar təklif edirlər. Həmin binadan mənzil və obyektlər, üstəlik Binəqədi rayonunda (sahibi İsa, tikintidə dələduzluğa, mənimsəməyə görə cəza həbsxanada 10 il cəza çəkən) Elçin Ələkbərovun dostunun satıla bilməyən, işləməyən “ Sement zavodu” təklif olunur. Girov qəbul olunur, lakin tikintidə işlərin aparılmadığını və 15 mənzilin naməlum səbəbdən kənara satıldığını görən Povilas üz tutur “KAT Holding” MMC qeydiyyatı üzrə 37 ci Polis şöbəsinə və Xətai Rayon prokurorluğuna. Povilas şikayətinin  heç  bir faydası olmadığını, əksinə Elçin Ələkbərovun onlara mənzil verməklə çox tez buraxıldığını görür.

Povilas bu dəfə üz tutur Litva Respublikasının səfirliyinə, Baş Prokuror yanında Korrupsiya İdarəsinə və yalnız xarici vətəndaş olduğuna görə, arxasında səfirliyin öz vətəndaşının taleyi ilə maraqlandığına görə Elçin Ələkbərov həbs edilir və 2020-ci iyulunda cinayət işi başlanır. Mənzil İnşaatı Dövlət Agentliyinin sosial layihəsi olan Yasamal Yaşayış kompleksinin 2017-ci ildən inşası zamanı yol verilən cinayət, dələduzluq, mənimsəmədə və s şübhəli bilinən Elçin Ələkbərovun istintaq işi 16 aydır davam edir (adətən 9 aya yekunlaşır) 30.10.21 cil tarixində, istintaq materialları tərəflərə tanış olmaq üçün verilib.

2017- ci ildən bu günə kimi 132 ailə, evlərini satıb pullarını Elçin Ələkbərova veriblər ki, Dövlətin Sosial Lahiyəsindən yararlanıb ev , mülk sahibi olsunlar, əvəzində 4 il 6 ay qalıblar küçələrdə. Agentliyin yaradılmasının 5 illiyi ilə bağlı keçirilən tədbirdə MİDA İdarə Heyətinin sədri cənab Sadıq Sadıqov deyir: “Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil edib”.

Cənab Sadıqov ! Prezident sizə tövsiyyə etmişdi ki, milyonları mənimsəyin, güzəştli ev almaq istəyən insanlar kirayədə çürüsünlər ?

Cənab Sadıqov deyirsən ki, fəaliyyəti dövründə MİDA tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil olunub. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə XEYRİYYƏ FONDlarına ianələr edilib, şəhid ailələri, müharibə VETERANları, aztəminatlı ailələrə yardımlar paylanılıb. Sən yüzlərlə vətəndaşın pullarını mənimsəyib müharibə veteranına yardım edirsən ?

Hansı Fonda xeyriyyə yardımı etmisən ?

 Xeyriyyəçilik budurmu ?

MİDA-ya şikayətə gələn vətəndaşlara Fərhad Təhməzov və Sadiq Sadıqov qəbul edərək , deyir: “Tikintiyə heç bir məsuliyyət daşımırıq”.

Necə məsuliyyət daşımırsınız, ay maxinatorlar ?

Dövlət sifarişi olan binalar yarlmçı qalıb, təmir yox, bəs onda vətəndaşlardan yığılan milyonlar kim(lər)in cibindədir ?

Cənab Sadıq Sadıqov, Fərhad Təhməzov !

Prezidentin sizə göstərdiyi etimadı belə doğruldursunuz ?

Yəqin ki, ölkə başçısı baş verənlərdən xəbər tutan kimi DƏMİR YUMRUĞUNU sizin başınıza endirəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib