Dərc edilib: 15-11-2021

https://www.nuh.az/30540-.html

İcra başçısının oğlu adam vurdu və xəsarət alana 7500 manat verdi...

15.11.2021 16:30:27

İdman

Mingəçevirin icra başçısı İlham İsmayılovun oğlu Orxan İsmayılovun avtomobil qəzası törətməsi haqda xəbərlər yayılıb. 

 

Hadisə icra başçısının oğlunun ad günündə baş verib.


O, “Mersedes” markalı, “AZ 10-RN-441” dövlət nömrə nişanlı maşını qabaq hissəsindən vuraraq səkiyə atıb.

Nəticədə sürücü Ruslan Əliyevin qolu sınıb. Qəzada xəsarət alan sürücüyə 7500 manat verildiyi, özünün Gəncədə müalicə edildiyi deyilir. 

Xatırladaq ki, icra başçısının oğlunun avtoxuliqanlığı haqda hələ ötən ilin iyununda da informasiya yayılmışdı. Orxan İsmayılov idarə etdiyi “Land Cruiser” markalı avtomobillə giriş qadağasını pozmuşdu./Tia/

NUH informasiya agentliyi səhifəsindən çap edilib