Dərc edilib: 15-11-2021

https://www.nuh.az/30541-.html

Ağdam sakini minaya düşüb öldü

15.11.2021 23:12:58

LIVE

Ağdam rayon sakini minaya düşərək həlak olub.

 

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə saat 17 radələrində rayonun Təzəkənk kəndi ərazisində baş verib. Kənd sakini, 41 yaşlı Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub. Hazırda polis əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Təzəkənd kəndi Vətən Müharibəsi dövründə azad edilən ərazilərə daxil deyil. Bu kənddə daha əvvəl də yaşayış olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib