Dərc edilib: 18-11-2021

https://www.nuh.az/30568-.html

Gənc jurnalist və bətnindəki körpəsi koronavirusdan vəfat etdi

18.11.2021 22:31:09

LIVE

Press.az saytının əməkdaşı Aygün Əlizadə koronavirusdan vəfat edib.

 


NUH.az   Modern.az-a istinadən xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub.

O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.

Noyabrın 8-də onu Yevlax Rayon Xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.

Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi  ilə birgə vəfat edib.

Qeyd edək ki, mərhumun beş yaşlı övladı qalıb.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib