Dərc edilib: 19-11-2021

https://www.nuh.az/30571-.html

İsrailin müdafiə nazirinin evindəki xadimə İran casusu imiş

19.11.2021 00:05:26

LIVE

İsrail müdafiə naziri Beni Qantsın evində işləyən xadimə İrana casusluq etməkdə şübhəli bilinir.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) İrana casusluq etməkdə şübhəli bilinən xadiməni saxlayıb.

Xidmətin məlumatına görə, 37 yaşlı Omri Goren sosial şəbəkə vasitəsilə İranla əlaqəsi olan bir təşkilatla əlaqə saxlayıb.

Məlum olub ki, təmizləyici təşkilatla danışarkən nazirin kompüterinə zərərli proqram quraşdırmağı təklif edib. O bu işin qarşılığında pul istəyib və müdafiə nazirinin şəxsi əşyalarının, o cümlədən kompüter, iş masası, telefon, planşet, seyf və ailənin şəxsi hesablarının fotoşəkillərini göndərib.

Təhlükəsizlik Xidməti bildirib ki, casusun əməllərinin heç bir təhlükəsi olmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib