Dərc edilib: 20-11-2021

https://www.nuh.az/30597-.html

“Məni 16 yaşımda Maradona zorlayıb“ - Kubalı qadın

20.11.2021 11:51:15

LIVE

Kubalı qadın Mavis Alvares iddia edib ki, dünya şöhrətli futbolçu Dieqo Maradona onu zorlayıb.
 
Yenisabah.az "İnfobae" qəzetinə istinadla xəbər verir ki, bundan əvvəl Argentina məhkəməsi Alvaresin 20 il əvvəl - 16 yaşında məşhur futbolçu Dieqo Maradona ilə 2 ay yarım birgə yaşadığına dair iddianı nəzərdən keçirib.
 
O, Maradona ilə narkotik asılılığından müalicə olunmaq üçün futbolçunun Kubaya gəldiyi vaxt tanış olub.
 
Hazırda 37 yaşında olan Mavis Alvares Maradona ilə birlikdə narkotik çəkdiyi və spirtli içki qəbul etdiyini də iddia edib.
 
Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə vəfat edib.
 
“Maradona məni zorlayıb“ - Kubalı qadından iddia

NUH informasiya agentliyi səhifəsindən çap edilib