Dərc edilib: 20-11-2021

https://www.nuh.az/30601-.html

Sumqayıtda ANA özünü ASDI, oğlu dözməyib İNTİHAR etdi

20.11.2021 14:38:22

LIVE

Azərbaycanda ana və oğlu eyni gündə intihar edib.

“Kriminalqafqaz” xəbər verir ki, Sumqayıt şəhər sakini Rəfiqə Həsənova yaşadığı evin həyətində özünü asaraq öldürüb. Anasının vəfatından psixoloji sarsıntı keçirən 1991-ci il təvəllüdlü Elşən Həsənov həmin gün evdən çıxaraq geri qayıtmayıb.

Ötən gün isə 30 yaşlı oğlanın meyiti Corat qəsəbəsində dəniz sahilində tapılıb. Onun noyabrın 12-də özünü dənizə ataraq intihar etdiyi məlum olub.

Məlumatı hüquq-mühafizə orqanlarından təsdiqləyiblər. Hər iki faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib