Dərc edilib: 20-11-2021

https://www.nuh.az/30603-.html

ABŞ-da magistral yola pul dağıldı - Adamlar pul yığır Video

20.11.2021 15:38:15

LIVE

ABŞ-ın Cənubi Kaliforniya bölgəsində magistral yolda zirehli avtomobildən bir çanta pul yola tökülüb.


"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pulu görən digər sürücülər yerə dağılan pulları yığmaq üçün bir-biri ilə yarışıb.

Magistral yolda sürücülər maşınlarını saxlayıb pulu yığmağa başlayıblar.

Əsasən 1 və 20 dollarlıq olan əskinaslar yolun bütün zolaqlarına yayılıb, nəqliyyatın hərəkətini çətinləşdirib.

Pulları yığmaq istəyənlərdən 2 nəfəri saxlanılıb. İtirilən pulun miqdarı məlum deyil.

Bildirilir ki, azı 10 nəfər yığıdıqları pulu polisə təhvil verib.

Zirehli avtomobil San Dieqodan Federal Əmanətlərin Sığortalanması Korporasiyasının ofisinə doğru gedirmiş.

 

ABŞ-da magistral yola pul dağıldı

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib