Dərc edilib: 21-11-2021

https://www.nuh.az/30612-.html

Qaraciyərin sevimli vitamini...

21.11.2021 11:38:01

LIVE

N vitamini (lipoy turşusu) keçmiş əsrin ortalarında aşkar olunub. Bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır.

 
Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.
 
İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur.
 
Həmçinin N vitamini şəkərli diabet xəstəliyinin inkişafının qarşısını alır.
 
Digər faydalı təsirlər arasında:
 
- qaraciyərin fəaliyyətini bərpa edir, orqanı mənfi təsirlərdən qoruyur
 
- sinir və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırır
 
- güclü antioksidantdır - orqanizmi cavan saxlayır
 
- insultun qarşısını alır
 
- beyinin fəaliyyətini yaxşılaşdırır
 
- qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafını ləngidir
 
- iş qabiliyyətini artırır, insanı daha gümrah edir
 
N vitamininin mənbələri: maya, ispanaq, düyü, kələm, mal əti, ürək, qaraciyər, süd, yumurta.
 
N vitamini dərman preparatları şəklində də buraxılır. (medicina.az)
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib