Dərc edilib: 21-11-2021

https://www.nuh.az/30613-.html

Ramiz Mehdiyevin klinikasının "sahibə"si Aytən qaydaları niyə pozur ?

21.11.2021 13:09:15

Günün sitatı

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb. Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub. Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

 

Musavat.com   xəbər verir ki, jurnalist Samir Feyruzov məsələ ilə bağlı maraqlı məlumat paylaşıb: 

 

“Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir".

Həmçinin oxuyun: Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib