Dərc edilib: 22-11-2021

https://www.nuh.az/30622-.html

4000-dən çox məhkum elektron qolbaq daşıyır

22.11.2021 17:23:28

Cəmiyyət

Azərbaycanda 4000-dən artıq məhkum elektron qolbaq daşıyır.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə “Azərtac”da dərc olunan məqaləsində bildirib.

Nazir qeyd edib ki, həmin şəxslərə fasiləsiz nəzarət edilir:

“Azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin (elektron qolbaqlar) tətbiqi öz səmərəsini verib. Hazırda bu tətbiqin dairəsi genişləndirilərək 4000-dən artıq məhkum elektron qolbaq daşıyır. Onlara Elektron Monitorinq Mərkəzi tərəfindən 24 saat onlayn rejimdə nəzarət edilir”

NUH informasiya agentliyi səhifəsindən çap edilib