Dərc edilib: 22-11-2021

https://www.nuh.az/30624-.html

Rusiyanın ATOM sualtı qayığı niyə batıb? – Admiral SİRLƏRİ açır

22.11.2021 22:33:06

Maraqlı

2000-ci ildə batmış "Kursk" atom sualtı qayığı NATO sualtı qayığı ilə toqquşmadan sonra batıb.
 
Qaynarinfo xəbər verir ki, bunu həmin vaxt Şimal Donanmasına komandanlıq etmiş admiral Vyaçeslav Popov bildirib.
Admiralın RİA Novosti agentliyinə verdiyi müsahibədə deyib ki, NATO sualtı qayığı "görünür, "Kursk”u izləyib, lakin dənizin həmin şəraitində və bütün digər şərtlərdə təhlükəsizliyi təmin edə bilməyib”. Keçmiş komandirin fikrincə, sualtı qayıq "Kursk”a çox yaxınlaşa, ya da "Kursk”un manevri belə nəticəyə gətirib çıxara bilərdi.
"Mən NATO-nun o qayığının adını 90% ehtimalla bilirəm, lakin onun adını ictimaiyyətə çatdırmaq üçün sübutların olmalı və onu ortaya qoymalısan. Mən onları ortaya qoya bilmərəm", - Popov deyib.
Popov 2000-ci ildə Arkadi Mamontovun sənədli filmində "Kursk”un "naməlum sualtı qayıq" ilə toqquşması versiyasını dilə gətirib, lakin sonra onun kimə mənsub olduğunu və bildiyini desə də, adını göstərməyib.
Xatırladaq ki, NATO-nun "təyyarədaşıyanların qatili" adlandırdığı K-141 "Kursk" atom sualtı qayığı 2000-ci il avqustun 12-də təlim zamanı Barents dənizində batıb. Rəsmi versiyaya görə, qəzaya səbəb burun bölməsində torpedonun partlaması və sonradan digər döyüş sursatının partlaması olub. 118 ekipaj üzvünün hamısı həlak olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib