Dərc edilib: 22-11-2021

https://www.nuh.az/30625-.html

Azərbaycan Vatikanda səfirlik açır (SƏRƏNCAM)

22.11.2021 22:42:08

Siyasət

Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib