Dərc edilib: 24-11-2021

https://www.nuh.az/30635-.html

Günahsız ola-ola 42 il həbsdə yatdı

24.11.2021 16:12:40

İdman

ABŞ-ın Kansan şəhərində üç cinayət işlədiyinə görə, 43 il həbs yatan Kevin Strickland azadlığa buraxılıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1979-cu ildə ömürlük həbs cəzasına məhkum edilən şəxsin bəhs edilən cinayətləri törətdiyini sübuta yetirən faktlar aşkarlanmayıb.

Məsələ burasındadır ki, Stricklanda qarşı şahid qismində çıxış edən şəxs də ifadəsini dəyişdirib və əvvəlkini polisin təzyiqi altında verdiyini bildirib.

19 yaşında ikən həbs edilən və 62 yaşında azadlığa buraxılan Strickland, ABŞ tarixində haqsız yerə ən uzun müddət həbsdə yatan şəxslərdən biri olub.

Missouri əyalət qanunlarına görə, günahı olmadığı DNA testiylə təsdiqlənən keçmiş məhkumlar haqsız yerə həbs həyatı yaşadıqları üçün təzminat tələb edə bilməzlər. Bu səbəbdən qanun Stricklanda təzminat almaq haqqı vermir. Bunun əvəzində aparılan yardım kampaniyası çərçivəsində onun üçün 100 min dollar toplanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib