Dərc edilib: 24-11-2021

https://www.nuh.az/30636-.html

Ali Məhkəmə 4 nəfərin ölümündə ittiham edilən şəxsə bəraət VERDİ

24.11.2021 17:12:32

Region

Ali Məhkəmə 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Mais Mustafayev barəsində bəraət hökmü çıxarıb.


“Qafqazinfo” xəbər verir ki, Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı və ölən şəxslərin hüquqi varislərinin verdiyi kassasiya protesti və kassasiya şikayətinə baxılıb.

Təqsirləndirilənin vəkili Əli Hüseynovun sözlərinə görə, Ali Məhkəmə şikayəti təmin etməyib və Şəki Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2018-ci il iyunun 30-da Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən, biri azyaşlı olmaqla, ümumilikdə 4 sərnişin hadisə yerində ölüb. Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində həlak olub.

İtihama əsasən, Mayis Mustafayev qəza zamanı yük avtomobilindən kifayət qədər ara məsafəsi olmasına baxmayaraq, qəzanın qarşısını almaq üçün manevr etməyib. Məhkəmədə ittiham təsdiqini tapmayıb. Məlum olub ki, yük maşını yolun ortasındakı yaşıllıq zolağı keçərək "Mercedes"in yoluna çıxması nəticəsində qəza baş verib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib