Dərc edilib: 25-11-2021

https://www.nuh.az/30642-.html

Teymurun nişanlısı Rusiyanın məşhur ailəsindəndir - Fotolar

25.11.2021 17:35:47

İdman

Xəbər verdiyimiz kimi, Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiya Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. 

Bu xəbərdən sonra həm qızın, həm də Xalq artistinin kimliyi maraq doğurub.

“Qafqazinfo”nun məlumatına görə, Maksakova sülaləsinin nümayəndəsi olan 22 yaşlı Annanın babası SSRİ-nin ABŞ-dakı əfsanəvi səfiri Anatoli Dobrınin, qardaşı biznes-konsultant Pyotr Maksakovdur.

 

A.Maksakova 2016-cı ildə verdiyi müsahibəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığını deyib. 2016-cı ildə “Tatler” nəşrinin debütantlarından biri olub.

Teatrı çox sevir, ən sevimli tamaşası nənəsinin oynadığı “Pristan”dır. Ən sevimli şəhəri Nyu-Yorkdur: “Çalışıram hər tətilimi Nyu-Yorkda keçirim. Onun ritmini və sakinlərinin mentalitetini sevirəm”.

 

Xalq artisti Lyudmila Maksakova 1940-cı il sentyabrın 26-da Bolşoy Teatrın baritonu Aleksandr Volkov və Böyük Teatrın solisti Mariya Petrovna Maksakovanın ailəsində doğulub. 1961-ci ildə L. Maksakova B.V.Şukin adına Teatr Peşə Məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Vaxtanqov adına Teatrın truppasında qəbul olunub, həmin vaxtdan orada çalışır.

 

Aktrisanın sevimli rolu – “Tatyanin den” filmindəki ağıllı, cəlbedici, qətiyyətli Tanya Oqnevadır (tarixi prototip – Liza Pılayeva).

1970-ci ildən Boris Şukin adına Teatr İnstitutunda dərs deyir, kafedra professorudur.

30-dan çox teatr tamaşasında, 40-dan çox filmdə, 10-dan çox televiziya tamaşasında rol alıb.

1971-ci ildə “RSFSR Əməkdar artisti”, 1980-ci ildə “RSFSR Xalq artisti” fərxi adlarına layiq görülüb. 1995-ci ildə Rusiya Federasiyasının Dövlət mükafatı, 1996-cı ildə “Vətən qarşısında xidmətlərinə görə” IV dərəcəli ordeni, 2018-ci ildə “Vətən qarşısında xidmətlərinə görə” III dərəcəli ordeni, 2021-ci ildə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub.

İki dəfə ailə həyatı qurub: birinci həyat yoldaşı (1960-1970) rəssam Feliks-Lev Zbarski (1931-2016), ikinci həyat yoldaşı Peter Andreas İqenberqs (1974-2018) olub. Xalq artistinin birinci ərindən Maksim (1970-ci il doğumlu), ikinci ərindən isə Mariya adlı (1977-ci il doğumlu) qızı var.

Hüseyn Məmmədsalahov

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib