Dərc edilib: 30-11-2021

https://www.nuh.az/30665-.html

Qan təzyiqini azaldan “supertərəvəz”in adı məlum oldu

30.11.2021 12:18:58

LIVE

Qan təzyiqini azaltmağa kömək edən ucuz və dadlı bir tərəvəz var. Qaynarinfo xəbər verir ki, bu haqda Daily Express-in məlumatında deyilir. Söhbət çuğundurdan gedir. Hesabatda deyilir: "Bu parlaq qırmızı, sadə tərəvəz qidalı olduğu qədər də çox yönlüdür”. 

Çuğundurun qan damarlarını rahatlaşdıran və təzyiqi salan nitratlarla zəngin olduğu üçün sağlamlığa çox faydalı olduğu vurğulanır. Mütəxəssislər çuğundur suyundan istifadə etməyi və müxtəlif yeməklərə əlavə etməyi məsləhət görürlər. Üstəlik, onu istiliyə məruz qoymamaq daha yaxşıdır, çünki çuğundurdakı faydalı mikroelementlər yüksək temperaturda faydalı xüsusiyyətlərini itirirlər.
Ən çox nitratların xam çuğundurda olduğu qeyd edilir. Məsələn, bir araşdırmada iştirakçılar 250 mililitr şirə götürüb və 250 qram bişmiş çuğundur yeyib. İki həftədən sonra onların qan təzyiqi aşağı düşüb.
Həmçinin, mütəxəssislər duzdan az istifadə etməyi məsləhət görürlər ki, bu da əksinə qan təzyiqini artırır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib