Dərc edilib: 01-12-2021

https://www.nuh.az/30673-.html

ABŞ-da məktəbli üç şagirdi güllələyib öldürdü - Altı yaralı

01.12.2021 10:40:24

LIVE

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində üç şagird həlak olub, altısı güllə yarası alıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədəştatın hüquq-mühafizə orqanları açıqlama yayıb.

Bildirilib ki, atəşi 15 yaşlı tələbə açıb. Saxlanılan silahlı hücum edən şəxs yarıavtomat tapançadan 15-20 atəş açıb.

Qeyd olunub ki, cinayətkar təkbaşına hərəkət edib. Hücum edən şəxs təslim olub, zabitlərə atəş açmayıb və özü də xəsarət almayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib