Dərc edilib: 02-12-2021

https://www.nuh.az/30685-.html

Qırğızıstanda deputatların maaşı azaldıldı

02.12.2021 16:39:42

Cəmiyyət

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə millət vəkillərinin əmək haqlarını azaldıb və onların xidməti avtomobillərini əllərindən alıb. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Prezidentinin Mətbuat xidməti yayıb. 

“Sadır Japarov “Respublika büdcəsinin xərclərinin optimallaşdırılması, dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən büdcə vəsaitlərindən istifadənin effektivliyinin artırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb və buna uyğun olaraq millət vəkillərinin maaşları azaldılıb”, - deyə məlumatda qeyd olunub.

Sərəncama əsasən, parlament sədrinin maaşı 353 dollar, onun müavinlərinin maaşı 317 dollar, fraksiya liderlərinin və komitə nümayəndələrinin maaşı 306 dollar, millət vəkillərinin əmək haqları isə 294 dollar olaraq təyin edilib.

Prezidentin sərəncamına uyğun olaraq deputatlara kompensasiyalar və xidməti avtomobillər də verilməyəcək, mövcud xidməti mənzillər isə mənzili olmayan deputatlar arasında bölüşdürüləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib