Dərc edilib: 04-12-2021

https://www.nuh.az/30705-.html

Prezidentin MİDA layihəsinə NİDA qoyan kvartetlə bağlı 2-ci YAZI

04.12.2021 13:45:18

Hadisə

“Prezidentin nəcib MİDA layihəsinə “NİDA” qoyan “cinayətkar kvartet” – Sadıq Sadıqov, Fərhad Təhməzov, Xəyyam Abdinov və Elçin Ələkbərov”  başlıqlı  araşdırma yazısının 2-Cİ HİSSƏSİ-ni təqdim edirik. 


1-Cİ YAZININ SONUNDA  qoyduğumuz  suallardan başlayaq:

 

Əcəba, görək, PƏRDƏARXASINDA hansı cinayətlər baş verib ki, Prezidentin nəcib təşəbbüsü belə nəticələnib?

 

Həbsi  DTX  tərəfindən aparılmış Xəyyam Abdinov ( muzey müdiri ) nə üçün bu məsələyə burnunu soxmuşdu ?

 

MİDA rəhbərliyi  hansı məntiqlə, heç bir araşdırma aparmadan, borc içində boğulan, “KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərova  dövlət səviyyəli bir tikintini “hədiyyə” edib ?

 

Deməli, MİDA ( Mənzil İnşaatı Dövlət Agentliyi ) yaranan kimi qurumun rəhbərliyi MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisini həyata keçirmək üçün özəl investorların, şirkətlərin axtarışına çıxıb. Bəli, MİDA-nın rəhbərliyi milyonları mənimsəmək üçün özünə “tərəfdaş” axtarırdı.

Dəvət olunan şirkətlər bu layihədə olacaq korrupsiyanın “razmer”ini, “otkat”ların dərəcəsini, maxinasiyanın dəhşətini görüb kənara çəkiliblər. Hansı investisiya müsabiqəsindən söhbət gedə bilərdi ?

MİDA-nın müqavilədən kənar “TƏLƏBLƏRİNİ”  eşidən iş adamları TENDERDƏ İŞTİRAK ETMƏKDƏN qəti surətdə İMTİNA  ETDİLƏR.

Belə olan halda MİDA rəhbərliyi “cəsarətli oğlan”, hər cürə cinayət əməlləri ETMƏYƏ HAZIR və BELƏ İŞLƏRDƏ TƏCRÜBƏSİ OLAN şirkət axtarmağa başladı. Və tapdı.

Beləliklə, Yasamal Yaşayış Kompleksi ərazisində  3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə  birinci investisiya müsabiqəsinin qalibi olaraq Elçin Ələkbərova məxsus  “KAT Holdinq” MMC-ni elan etdilər.

Əslində MİDA rəhbərliyi sözün həqiqi mənasında dələduz, cinayətkar, maxinator  Elçin Ələkbərovu axtarırdı. Ki, onunla “işbirliyi”  qursun.

Məlumdur ki, tenderin baş tutması üçün iştirakçıların sayı  ən azı  2 olmalıdır.

Hətta müsabiqəyə yalandan, görüntü yaratmaq üçün Elçin Ələkbərovla tanış olan və ofisləri bir binada yerləşən  “MAQ” LTD şirkətini rəqib iştirakçı kimi tenderə qeydiyyata aldılar. Yəni, 2-ci şirkəti də Elçin özü tapıb gətirib ki, guya tender keçirilib. 

Yeri gəlmişkən, Elçin Ələkbərovla  “MİDA” RƏHBƏRLİYNİN sövdələşməsi  zamanl hər iki tərəfə ZAMİN duran şəxs  isə  DTX-nin bir neçə gün əvvəl həbs etdiyi Müasir İncəsənət Muzyinin direktoru Xəyyam Abdinov olub.

Həə, deyəsən cinayətkat “40 ayaq şəbəkə”nin  üstü açılır...

Sual olunur,  Xəyyam Abdinov kimdir ki, MİDA-nın və “KAT Holdinq”in adından şikayətçilərə vəd verir, hətta  zamin durur. İstintaq orqanları  bu məsələni ciddi araşdırmalıdırlar.

Sual olunur, məgər  “KAT Holdinq” MMC-ni qalib elan edən MİDA İH-nin sədri Sadıq Sadıqov, MİDA MMC-nin rəhbəri  Fərhad Təhməzov  Elçin Ələkbərovun cinayət əməllərindən, ağzınacan borc içində olduğundan xəbərsiz idi?

 

Axı, Elçin  Ələkbərov MİDA ilə sövdələşəndə borcun içində üzrürdü, işçilərinə maaş verə bilmirdi, Xətai rayon prokurorluğundan güclə canını qurtarmışdı, tikinti materialları satan təmir-tikinti şirkətlərinə böyük məbləğdə borcunu qaytara bilmirdi, evindən çıxanda qorxa-qorxa çıxırdı, yanmış ofisinə qorxa-qorxa dal qapıdan girirdi, pəncərədən boylanırdı...

Sual olunur, bu adam pul tapıb yanmış ofisini təmir edə bilmirdisə, necə investisiya qoyacaqdı ?

Sual olunur, bunları öyrənmək kimin üzərinə düşürdü ?

Güzəştli ev almaq arzusunda olan vətəndaşların, yoxsa, dövlət  başçısının yaratdığı MİDA-ya rəhbərlik edənlərin ?

Hüquq-mühafizə  orqanları Elçindən şikayət edənlərdən bezmişdilər...

Sual olunur, MİDA MMC-nin direktoru  Fərhad Təhməzov  “Qaçqınkom”da  elədiyi milyonluq maxinasiyaları indi də MİDA-da Elçin Ələkbərovun əli ilə həyata keçirmək istəyirdi?

Bəli, MİDA rəhbərliyi  Prezidentə yalandan məruzə etməli idi ki, işlər  gedir.

 

Nə isə işlər başlayır və çox tezliklə ortaya ciddi problemlər çıxır, tikintisi hələ bitməmiş mənzillər ayrı-ayrı vətəndaşlara, bəzi hallarda isə BİR MƏNZİL BİR NEÇƏ NƏFƏRƏ  satılır və alınan pulların bir hissəsi  Elçin Ələkbərovun  köhnədən yığılmış külli miqdarda şəxsi  borclarının bağlamasına istifadə olunub, qalan hissəsi deyilənə görə rüşvət və “otkat” kimi verilib. Təəccüblüsü odur ki, bu güzəştli mənzillərin  sahibərinin sıralarında yalnız “MİDA” işbazlarına deyil, keçmiş millət vəkillərinə, prokurorluq əməkdaşlarına və inşaatdan çox kənar olan şəxslərə ödənişsiz verilib, işləri aparan podratçı tikinti təşkilatlarına isə 1 manat da ödənilməyib, onlara da MƏNZİLLƏR SÖZ VERİLİB.

Nəhayət, bizə məlum olan, ancaq  hələ qeyd etmək istəmədiyimiz  bir şikayətdən sonra  Elçin Ələkbərov həbs edilir və 2020-ci iyulunda cinayət işi başlanır.

Mənzil İnşaatı Dövlət Agentliyinin sosial layihəsi olan Yasamal Yaşayış kompleksinin 2017-ci ildən inşası zamanı yol verilən cinayət, dələduzluq, mənimsəmədə və s şübhəli bilinən Elçin Ələkbərovun istintaq işi 16 aydır davam edir (adətən 9 aya yekunlaşır) və  30.10.21 cil tarixində, istintaq materialları tərəflərə tanış olmaq üçün verilib.

2017- ci ildən bu günə kimi 132 ailə, evlərini satıb pullarını Elçin Ələkbərova veriblər ki, Dövlətin Sosial Lahiyəsindən yararlanıb ev , mülk sahibi olsunlar, əvəzində 4 il 6 ay qalıblar küçələrdə.

Agentliyin yaradılmasının 5 illiyi ilə bağlı keçirilən tədbirdə MİDA İdarə Heyətinin sədri cənab Sadıq Sadıqov deyir: “Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil edib”.

Cənab Sadıqov ! Prezident sizə tövsiyyə etmişdi ki, milyonları mənimsəyin, güzəştli ev almaq istəyən insanlar kirayədə çürüsünlər ?

Cənab Sadıqov,  deyirsən ki, fəaliyyəti dövründə MİDA tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil olunub. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə XEYRİYYƏ FOND-larına ianələr edilib, şəhid ailələri, müharibə VETERANları, aztəminatlı ailələrə yardımlar paylanılıb. Sən yüzlərlə vətəndaşın pullarını mənimsəyib müharibə veteranına yardım edirsən ?

Hansı Fonda xeyriyyə yardımı etmisən ?

 Xeyriyyəçilik budurmu ?

MİDA-ya şikayətə gələn vətəndaşlarI Fərhad Təhməzov və Sadiq Sadıqov qəbul edərək , deyir: “Tikintiyə heç bir məsuliyyət daşımırıq”.

Necə məsuliyyət daşımırsınız, ay maxinatorlar ?

Dövlət sifarişi olan binalar yarımçı qalıb, təmir yox, bəs onda vətəndaşlardan yığılan milyonlar kim(lər)in cibindədir?

Cənab Sadıq Sadıqov, Fərhad Təhməzov !

Prezidentin sizə göstərdiyi etimadı belə doğruldursunuz ?

Yəqin ki, ölkə başçısı baş verənlərdən xəbər tutan kimi DƏMİR YUMRUĞUNU sizin başınıza endirəcək.

MİDA və  Elçin Ələkbərovla  bağlı 3-cü yazıda daha ilginc məsələlərə toxunacağıq.

Bizi izləyin.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib