Dərc edilib: 06-12-2021

https://www.nuh.az/30725-.html

Bu ölkədə intihar kapsulunun istifadəsi qanuniləşdi - Fotolar

06.12.2021 23:30:12

Dünya

İsveçrədə “Sarco” intihar kapsulunun istifadəsi qanuniləşdirilib. 


“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, kapsul 3D printerdə yaradılıb və könüllü evtanaziya üçün nəzərdə tutulub. Tərtibatçıların fikrincə, insan özü öz ölüm prosesini aktivləşdirə bilər. Cihaz kifayət qədər mobildir, ona görə də istənilən otağa çatdırıla bilər. Könüllü olaraq intihar etmək istəyən hər kəs kapsulun içində uzanır. Ona bir sıra psixoloji suallar verilir və sonra xəstə müstəqil olaraq düyməni basaraq cihazın hərəkətini aktivləşdirir.

Bundan sonra kapsulun daxili boşluğu azotla doldurulur və oksigen konsentrasiyası sürətlə 21% -dən 1% -ə qədər azalır. Belə şəraitdə insan bir az yönünü itirir və huşunu itirməzdən əvvəl yüngül eyforiya hiss edə bilər. Ölüm 30 saniyə ərzində oksigen və karbon qazının olmaması səbəbindən baş verir. 

Qeyd edək ki, 2020-ci ildə 1300-ə yaxın isveçrəli yardımçı intihar xidmətlərindən istifadə edib. Hazırda evtanaziya ilə razılaşan xəstələrə natrium pentobarbital məhlulu verilir. Dərman qəbul etdikdən sonra insan 2-5 dəqiqə ərzində yuxuya gedir, sonra dərin komaya düşür və tezliklə ölüm baş verir.

 

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib