Dərc edilib: 07-12-2021

https://www.nuh.az/30729-.html

Gizli fotoları yayılan Şəbnəmin keçmiş əri danışdı: “Yazıq adamdır”

07.12.2021 14:57:47

Maqazin

Şəbnəm Tovuzlunun keçmiş həyat yoldaşı kimi təqdim etdiyi həmkarı Ərşad danışıb.

 

NUH.az   olke.az-a istinadən xəbər verir ki, sənətçi söhbətində 10 il evli olduqlarını etiraf edib: “Bu xəbəri eşitdim. Kim edibsə, düz etməyib. Çünki Şəbnəm ailəlidir, yazıq adamdır, qız anasıdır. Hər şey keçmişdə qaldı. Mən də ailəliyəm, o da. Amma onunla övladımız yoxdur”. Qeyd edək ki, mediafax.az saytının yaydığı xəbərdə sənətçinin Ərşad adlı həmkarıyla intim fotoları da yer alıb. Şəbnəm Tovuzlu isə mətbuata açıqlamasında həmkarıyla 10 il evli olduğunu bildirib. Daha sonra Tovuzlu instaqram səhifəsində keşmiş ərini tənqid edib: “Bu gün mənim keçmiş həyat yoldaşım Ərşad keçmişdə birgə olan zamanlarda çəkdiyi şəkillərimizi saytlarda paylaşıb. İndi siz qiymət verin bu Azərbaycan kişisinə yaraşırmı və ya vaxtında bu şəkilləri həyat yoldaşım olaraq çəkib indi yaymasında mənim günahım varmı? Bundan ayrılıb yeni ailə qurduğum üçün çox xoşbəxtəm. Bu qədər.”

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib