Dərc edilib: 08-12-2021

https://www.nuh.az/30733-.html

Milyarder 70 milyonluq oğurluq tarixi əsərləri sahiblərinə qaytaracaq

08.12.2021 10:50:49

LIVE

Amerikalı milyarder Maykl Steynhardt qeyri-qanuni yolla əldə etdiyi on milyonlarla dollar dəyərində olan tarixi əsərləri prokurorluqla əldə etdiyi razılaşmaya uyğun olaraq aid olduğu ölkələrə qaytaracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyarder kolleksiyaçıya ömürlük antik əşyalar əldə etmək qadağan edilib.

Nyu-Yorkda yaşayan milyarder iş adamı və antikvar kolleksiyaçısı Maykl Steynhardt barəsində açılan istintaq nəticəsində 70 milyon dollar dəyərində olan 180 oğurlanmış sənət əsərini təhvil verəcək. Əsərlər aid olduqları ölkələrdə sahiblərinə qaytarılacaq.

Şəxsi sərvəti 1,2 milyard dollar olaraq qeyd edilən milyarderin evi və ofisindən Bolqarıstan, Misir, Yunanıstan, İraq, İsrail, İtaliya, İordaniya, Livan, Liviya, Suriya və Türkiyədən oğurlanmış əsərlər tapılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib