Dərc edilib: 10-12-2021

https://www.nuh.az/30750-.html

İsrail 95 TARİXİ ƏSƏRİ Misirə qaytardı

10.12.2021 13:44:17

LIVE

Misir qeyri-qanuni yollarla İsrailə aparılan 95 ədəd tarixi əsərin ölkəyə qaytarıldığını açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Samih Şükri Misirə rəsmi təmaslar üçün səfər edən israilli həmkarı Yair Lapid ilə paytaxt Qahirədə görüşüb.

İkitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Lapid əvvəllər qeyri-qanuni yollarla İsrailə aparılmış və daha sonra İsrail Qədim Əsərlər İdarəsi tərəfindən qorunub saxlanılan 95 tarixi əsəri Şükriyə verib.

Şükri İsrail hökumətinə tarixi əsərlərin geri qaytarılmasına və bu məsələdə əməkdaşlığına görə təşəkkür edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib