Dərc edilib: 10-12-2021

https://www.nuh.az/30752-.html

Generaldan Qorbaçovla bağlı ŞOK İDDİA

10.12.2021 23:38:38

Dünya

Mixail Qorbaçov Sov.İKP MK-nın baş katibi, daha sonra isə SSRİ prezidenti vəzifələrinə gəlməzdən əvvəl Şimali Qafqazda işləyib, burada çoxsaylı qanun pozuntuları ilə obyektlərin tikintisi ilə məşğul olub.
 
Teleqraf.com xəbər verir ki, bunu sovet pilot-kosmonavtı, general-leytenant Vladimir Canibekov deyib.
 
Canibekovun sözlərinə görə, onun atası həmin illərdə Qaraçay-Çərkəzdə yanğınsöndürmə idarəsinin rəisi olub və işlədiyi müddətdə dəfələrlə Qorbaçovla qarşılaşıb: “Qorbaçov orada müxtəlif tikinti layihələrinə başlamışdı və atam ona qəti şəkildə etiraz etdi, çünki yanğın təhlükəsizliyi baxımından güvənli deyildi”.
 
O qeyd edib ki, xüsusən də Qorbaçovun təşəbbüsü ilə Çərkəzdə rezin məmulatları zavodu qanun pozuntuları ilə tikilib: “Atam bu müəssisəni bağladı. Qorbaçov bundan sonra onu yanına çağırıb şiddətli töhmət verdi. Zavod isə bir ay ərzində yandı”.
 
Qorbaçovun tikdirdiyi və Avropada ən böyük müəssisəyə çevrilməli olan quşçuluq müəssisəsinin də başına da eyni aqibət gəlib: obyektin tikintisi zamanı yol verilən qanun pozuntularına görə kompleks açılandan bir həftə sonra bütün avadanlıqları ilə birlikdə yanıb. Uğursuz tikintilərinin başqa bir nümunəsi mütəxəssislərin məsləhətinə zidd olaraq Dombay dağlarında inşa etdirdiyi ev olub. Bu ev də sel suları nəticəsində dağılıb.
 
Canibekov Qorbaçovu “sovet dövrünün əsas anti-qəhrəmanı” adlandırıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib