Dərc edilib: 11-12-2021

https://www.nuh.az/30757-.html

Bakıda HAMAMLARın fəaliyyətinə icazə verildi - Rəsmi

11.12.2021 13:16:13

LIVE

Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, yeni qərarla 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya  COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib