Dərc edilib: 11-12-2021

https://www.nuh.az/30761-.html

Nazir müavini və oğlunun gözqamaşdıran biznes şəbəkəsi SİYAHI/FOTO

11.12.2021 23:48:51

İqtisadiyyat
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevin biznes şəbəkəsi barədə faktlar dərc olunub.

NUH.az     xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Həmin faktları təqdim edirik: 

ŞİRKƏTLƏR:

1. "Bol süfrə" MMC (2010-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 73 ünvanında hüquqi qeydiyyatdan keçib)

2. "Babylon-GROUP" MMC (2012-ci ildən Səbail rayonu, Böyük Qala küçəsi, ev 39, m. 7/8 ünvanında  hüquqi qeydiyyatdadır)

3. "Babylon Agro" MMC

4. "BT Project" MMC (2014-cü ildə Səbail rayonu, Böyük Qala küçəsi, ev 39, m. 7/8 ünvanında  hüquqi qeydiyyata alınıb). 

5. "Api Delta Group" MMC (2013-cü ildə Qax rayonu, Ləkit kəndində hüquqi qeydiyyata alınıb).

TƏSƏRRÜFAT VƏ OBYEKTLƏR

1. Bakınən Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən istixana ("Bol süfrə" MMC);

2. Qax rayonunda 2000 arı ailəsindən ibarət arıçılıq təsərrüfarı bal evi ("Api Delta Group");

3. Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət nərə və sazan balığı ferması  ("Babylon Agro");

4. Sultanahmet Köftecisi - Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi 16 ("Babylon Group");

5. Sultanahmet Köftecisi Metropark - 7-ci mərtəbə  ("Babylon Group");

6.  Sultanahmet Köftecisi Park Bulvar - 3-cü mərtəbə ("Babylon Group");

7. "Babylon Group" eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 restoranı ailəsi ilə razılıq əldə edib. 

8. "Babylon Group" həmçinin Caspian Business Mərkəzində və Kaspi Litseyində katering xidməti göstərir.

9. Xocalı prospektində, "Dəmirçi Tower"in 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı ("BT Project" MMC).

10. Bakının "Torqovıy" kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən Tarhun restoranı ("Babylon Group")

11. Tarhun (Metropark) adı ilə daha bir restoran Təbriz küçəsindədir.

12. Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan "Technoil" şirkətinin həmtəsisçisidir. "Technoil"in Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir. 

13. Elvin Hacıyev özünü film industriyasında da sınamağa çalışıb. "Sudan", "3 Otaq", "T of Generation", "Zərdüşt belə deyərdi" kimi qısa metrajlı film ve serialları hazırlayan
Babylon Film (ABŞ-da yaşayan rejissor Orxan Ata ve "Babylon Invest" tərəfindən yaradılıb).

Elvin Hacıyev bir dəfə müsahibəsində bildirib ki, restoran biznesi onun öz təşəbbüsü ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" ailəsindən gələn layihələrdir. Yəni bu biznes birbaşa Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev aiddir.

Aydın

NUH informasiya agentliyi səhifəsindən çap edilib