Dərc edilib: 12-12-2021

https://www.nuh.az/30763-.html

İran ABŞ və İsraili hədələdi

12.12.2021 12:14:17

LIVE

“Yenidən başlayan nüvə müzakirələrinin uğursuz olacağı halda, Tehranın nüvə mərkəzlərini vurmaq da daxil olmaqla, hərbi planlar qurduğu ABŞ və İsrail hər hansı bir hücumda ağır şəkildə cavab alacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Ali Şurasının tabeliyindəki “Nournews”a açıqlamasında adının açıqlanmasını istəməyən yüksəkçinli məmurlardan biri deyib.

“Hərbi komandanlara İran raketlərini həqiqi hədəflərlə test etmək imkanı vermək təcavüzçülərə baha başa gələcək”, - iranlı rəsmi hər hansı hücuma raketlərlə qarşılıq veriləcəyinə diqqət çəkib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib