Dərc edilib: 13-12-2021

https://www.nuh.az/30772-.html

İlham Əliyevlə Paşinyan sabah görüşəcək

13.12.2021 18:58:24

Siyasət

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək. 


“Qafqazinfo” xəbər verir ki, bunu dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.

“Avropa Şurasının prezidenti sabah ilk olaraq Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə ikitərəfli görüşlər keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək”, - deyə Aİ nümayəndəsi qeyd edib. 

Qeyd edək ki, Ermənistan tərəfi də üçtərəfli görüşün sabah keçiriləcəyini təsdiqləyib. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib