Dərc edilib: 13-12-2021

https://www.nuh.az/30773-.html

And yerimiz, səcdəgahımız- Sumqayıt Şəhidlər Xiyabanı

13.12.2021 22:39:39

Hadisə

And yerimiz, səcdəgahımız, qürur mənbəyimiz, 510 şəhidimizin dəfn olunduğu Sumqayıt Şəhidlər Xiyabanı.

 

1992-ci ildə yaradılan və 2021-ci ildə əsaslı şəkildə təmir olunaraq yenidən qurulan Şəhidlər Xiyabanında işlər 8 noyabr Zəfər günündə  yekunlaşıb.

İş icraçısı Müqayis Verdiyev məlumat verib ki, giriş hissədə sağ tərəfdə postament üzərində ŞƏHİDLƏR XİYABANI yazılıb. Artıq Azərbaycan bayrağı hündürlüyü  30 metr olan dirəkdə dalğalanır. Ətrafı mərmərlə üzlənən fəvvarə kompleksi, 3 ədəd buta və ay ulduz formalı əbədi məşəl kompleksi yaradılıb. Orta hissədə daim vətənin müdafiəsinə hazır olmanın dinamikasını göstərən QALİB ƏSGƏR heykəli qoyulub, ZƏFƏR AĞACI quraşdırılıb. Divarlar mərmər və qranitlə üzlənib. Döşəmələrə yüksək keyfiyyətli qranit vurulub. Ərazidə yaşıllıq örtüyü salınıb, işıqlandırma sistemi daha da müasirləşdirilib, oturacaqlar quraşdırılıb. Xiyabanın girişində inzibati otaq da tikilib.


Müqayis Verdiyev onu da bildirib ki, burada təmir zamanı ziyarətçilərin onlara mənəvi dəstəyi, etdiyi təşəkkürlər işlərin daha da sürətlə aparılmasına, böyük ruh yüksəkliyi ilə işləmələrinə səbəb olub.

Onu da  qeyd edək ki, 44 günlük  Vətən Müharibəsində 1200-dən çox Sumqayıtlı gənc şücaətlə  döyüşüb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib