Dərc edilib: 13-12-2021

https://www.nuh.az/30774-.html

Conson Putinə xəbərdarlıq etdi

13.12.2021 22:59:06

LIVE

Rusiya Prezidenti Vladimir Putin və Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rusiyalı lider Consona NATO-nun şərqə doğru irəliləməsinə mane olacaq müqavilələr bağlamaq üçün müzakirələrə dərhal başlanmasının zəruriliyini ifadə edib.

Boris Consonun ofisinin yaydığı məlumata görə, B.Conson Putinlə söhbətində Ukraynanın işğalının ağır nəticələrə gətirib çıxaracaq strateji bir xəta olacağını bildirib.

“Rusiya silahlı qüvvələrinin Ukrayna sərhədinə yerləşdirilməsi İngiltərəni dərindən narahat edir. Gərginliyi azaltmaq və məsələnin daimi həlli üçün diplomatik yollar üzərində işləmək lazımdır.

İngiltərə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Sabitliyi pozan hər hansı bir hərəkət ağır nəticələrə yol açan strateji xəta olacaq”, - Baş nazir xəbərdarlıq edib.

İngilis Baş nazir beynəlxalq və regional təhlükəsizlik məsələlərində dialoqun vacibliyinə diqqət çəkib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib