Dərc edilib: 14-12-2021

https://www.nuh.az/30782-.html

Bura heç kim elə- belə yığışmayıb...)))

14.12.2021 22:28:01

Cəmiyyət

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlının ölkədə işsizliklə bağlı fikirləri spiker Sahibə Qafarovanı əsəbiləşdirib.


“Qafqazinfo”nun xəbərinə görə, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir: “Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq ölkədə işsizlik var. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünəməşğul sayılır? Bu terminlərə fikir vermək lazımdır”.

Həmçinin oxuyun: Tahir Kərimlinin təklifi Sahibə Qafarovanı əsəbiləşdirdi

Spiker Sahibə Qafarova isə qeyd edib ki, parlamentdə heç bir qanun gurultulu qəbul edilmir: “Hər bir deputat öz fikrini ifadə edə bilir. Siz elə dediniz ki, elə bil hər yer dağılıb. Necə yəni ortada bir şey yoxdur? Ölkədə bu qədər işlər görülür. Bu boyda işlərdən sonra demək olarmı ki, heç nə yoxdur? Mən indiyə kimi özümə icazə verməmişəm ki, kiminsə sözünü təhrif edim. Buna mənim tərbiyəm də imkan verməz. Nə eşitdimsə, ona da reaksiya verdim.

Bura heç kim elə- belə yığışmayıb. Hamısı seçilmiş insanlardır. Xahiş edirəm, sözlərinizə sərhəd qoyun”.

Xatırladaq ki, bundan əvvəl S.Qafarova dəfələrlə deputatlar tərəfindən səslənən fikirlərə narazılığını bildirib. Sonuncu dəfə millət vəkili Tahir Kərimlinin Milli Məclisin avtoparkının yenilənməsi haqda təklifi spikeri əsəbiləşdirmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib