Dərc edilib: 16-12-2021

https://www.nuh.az/30790-.html

Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlandı

16.12.2021 10:57:40

İdman

1963-cü ildə ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı məxfi sənədlər açıqlanıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Co Bayden administrasiyası Milli Arxivlər və Qeydlər İdarəsinin (NARA) saytında sui-qəsdlə bağlı 1500 yeni sənəd təqdim edib.

Açıqlanan sənədlərin əksəriyyəti Con Kennedinin qətlində şübhəli bilinən Li Harvi Osvald haqqındadır.

Sui-qəsdlə bağlı 10 mindən çox sənədin hələ də tam dərc edilməməsi sui-qəsd müstəntiqləri ilə federal administrasiya arasında gərginliyə səbəb olub.

Bir çox tədqiqatçı iddia edir ki, dərc olunmuş sənədlər sui-qəsdlə bağlı heç bir yeni ipucu vermir və hələ də birmənalı olmayan məsələlərə işıq salmır.

Tədqiqatçılar iddia edirlər ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqatlar Bürosu (FTB) və digər milli təhlükəsizlik qurumları Konqresin göstərişinə baxmayaraq, hadisə ilə bağlı sənədlərin dərcinə mane olublar.

Qeyd edək ki, ABŞ Prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki işləri üçün getdiyi Texasda sui-qəsd nəticəsində öldürülüb.

Ali Məhkəmənin sədri Erl Uorrenin apardığı araşdırmada sui-qəsdi həyata keçirən Li Harvi Osvaldın təkbaşına hərəkət etdiyi qənaətinə gəlinib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib