Dərc edilib: 16-12-2021

https://www.nuh.az/30792-.html

Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət etdi

16.12.2021 11:09:48

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, nazir bildirib ki, mülk sahibləri, sahibkarlar mülklərini sığortalamalıdırlar:
"Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə heç bir problemimiz olmayacaq", - o vurğulayıb.
Fövqəladə hallar naziri deyib ki, FHN əhalinin təhlükəsiz yaşamasını təmin etmək məqsədilə yaradılıb: "Fövqəladə Hallar Nazirliyi Prezidentin dəstəyi ilə yüksək səviyyədə maddi-texniki təchizatla təmin olunub”.
K. Heydərov qeyd edib ki, belə çevik nazirliyin yaranması vacib idi: "Əvvəllər başqa qurumların tabeliyində olan strukturlar bu işləri həyata keçirirdi, ancaq bu strukturların bir nazirlikdə cəmləşməsi vacib idi”.
Nazir bildirib ki, FHN hadisə yerinə operativ çatmaq üçün motosikletlər alıb. Onun sözlərinə görə, FHN-in sularda xilasetmə ilə bağlı da xidməti var: "Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq. Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlara işlər aparılır".
Nazir bildirib ki, texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: "Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir".

NUH informasiya agentliyi səhifəsindən çap edilib