Dərc edilib: 18-12-2021

https://www.nuh.az/30801-.html

Polis rəisi həbs edildi ŞOK

18.12.2021 11:18:24

Reportaj

Milli Qəhrəman Əlif Hacıyevin qardaşı Rza Hacıyev həbs edilib. 


"Kriminalqafqaz" xəbər verir ki, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dünən gecə saat 12 radələrində paytaxtda cinayət törədib.

O, bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin "Lexus" markalı maşınına avtomatdan 18 dəfə atəş açıb. Artıq R.Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi "AKM" markalı avtomat götürülüb. İstintaq davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib