Dərc edilib: 18-12-2021

https://www.nuh.az/30803-.html

Polis rəisinin adı 24 yaşlı qızın qətlində də hallanıb....

18.12.2021 13:26:10

Reportaj

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olmuş, polkovnik Rza Hacıyev dekabrın 16-sı gecə 12 radələrində paytaxtda cinayət törədib. Rza Hacıyev münaqişə zəminində həmyerlisi və biznes şəriki Şirzad Quliyevin idarə etdiyi "Lexus” markalı avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk edib. Ondan "AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Qaynarinfo xəbər verir ki, polkovnik Rza Hacıyev 2014-cü ildə də adı qətl törətməkdə hallanıb. 
Belə ki, 2014-cü ildə azərbaycanlı iş adamı Telman İsmayılova məxsus "Mardan Palace" hotelində Bakı sakini, 24 yaşlı Arzu Qəmbər qızı Zeynalovanın zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Həmin vaxt Türkiyə hüquq-mühafizə orqanları qətl hadisəsində polkovnik Rza Hacıyevin adını hallandırırdı. O vaxt KİV-lərdə qeyd olunub ki, Rza Hacıyevin döyərək öldürdüyü Arzu Zeynalova Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşının qızıdır.
Bakının Sabunçu rayonunun sabiq polis rəisi Rza Hacıyev qətl törətməsi barədə yayılan xəbərlərə də münasibət bildirmişdi. O, Türkiyədə qətl törətməsi barədə yayılan məlumatı təkzib etmişdi: "Bu, mənə qarşı təxribatdır. Mən bu ilin fevralında şəxsi işlərimlə əlaqədar Türkiyədə olmuşam. Lakin Telman İsmayılova məxsus oteldə qalmamışam. O oteldə qalmağa maddi imkanım da yol vermir. Bu yalan məlumatı kim haradan necə düzüb-qoşub mənə də maraqlıdır. Bir daha haqqımda yazılan xəbərləri yalan və iftira adlandırıram. Hazırda Bakıdayam, istirahət edirəm".

NUH informasiya agentliyi səhifəsindən çap edilib