Dərc edilib: 18-12-2021

https://www.nuh.az/30806-.html

Meymunlar qisas üçün 250 iti öldürdü

18.12.2021 23:27:36

LIVE

Hindistanın Mumbay şəhərində bir qrup qəzəbli meymun 250 iti öldürüb. 


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli sakinlərin dediyinə görə, hadisələr bir neçə itin meymunun balasını öldürməsi ilə başlayıb.

Meymunlar 250-yə yaxın iti binaların və ağacların zirvələrinə sürüyərək balaları ilə birlikdə vəhşicəsinə öldürüblər.

Məhəllə sakinləri meymunların qisas aldığını və yaxınlıqdakı Lavul kəndində bir itin də sağ qalmadığını bildiriblər.

Təxminən 5000 əhalisi olan Lavulda kənd sakinləri hadisə ilə bağlı yardım istəmək üçün səlahiyyətlilərə zəng etsə də, qruplar heç bir meymunu tuta bilməyib. Meymunları tutmaq üçün hərəkətə keçən bəzi kəndlilər də yaralanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib