Dərc edilib: 20-12-2021

https://www.nuh.az/30813-.html

“Zəngilan və Füzulidə kazinolar açılmalıdır”

20.12.2021 14:30:45

Hadisə

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılmasını təklif edib. 


Hit.az xəbər verir ki, o, bu fikirləri Milli Məclisin plenar iclasında Turizm haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bunun üçün xüsusi yerlər ayrılmalıdır.

 

"Rusiyada kazinolar 4 əyalətdə fəaliyyət göstərir. Bizdə də azad olunmuş torpaqlarda, məsələn Zəngilan və Füzulidə kazinolar yaratmaq olar. Bundan başqa Nargin adası Bakıdan 10 kilometr aralıdadır, qalıb istifadəsiz... Düşünürəm ki, xarici investorlar cəlb etməklə bu məsələni həll etmək olar”, - deyə millət vəkili qeyd edib.

Daha sonra deputat turizm sahəsindəki bahalılıqdan da danışıb:

"Bölgələrə gedirsən, qiymətlər əl yandırır. Belə halla axı, biz necə xaricdən turistlər cəlb edə bilərik? Belə olsa, biz ancaq daxili turizm ilə kifayətlənməli olacağıq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib