Dərc edilib: 21-12-2021

https://www.nuh.az/30825-.html

Kadırov Türkiyəni HƏDƏLƏDİ...

21.12.2021 22:22:56

Günün sitatı

Kadırov: "Türkiyədə Dudayev adına parkın açılışı Moskva və Ankara arasındakı münasibətlərə təhlükə törədir..."
 
 
Türkiyə hakimiyyətinin Rusiyada cinayətlər törətmiş şəxslərin adlarının əbədiləşdirilməsinə yönələn hərəkətləri Moskva və Ankara arasında münasibətlərə neqativ təsir edə bilər.
 
Moderator.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün Teleqram-kanalında çərşənbə axşamı, dekabrın 21-də bəyan edib.
 
Bununla o, Türkiyənin Körfəz şəhərində, ölkənin şimal-qərbində tanınmamış İçkeriya Çeçen Respublikasının (İÇR) ilk prezidenti Cövhər Dudayevin adına parkın açılması və ona heykəl qoyulması barədə xəbərə münasibət bildirib.
 
Kadırovun sözlərinə görə, belə hərəkətlər son dərəcə riyakar təsir bağışlayır və Türkiyənin Rusiyaya münasibətdə dost dövlət obrazına uyğun deyil.
Çeçenistan rəhbəri Türkiyə hakimiyyətini analoji cavabla hədələmişdir.
 
"Məsələn, belə olan halda Qroznıda Kürd Fəhlə Partiyasının banisi, Türkiyə həbsxanalarının birində ömürlük həbs cəzasını çəkən Abdulla Ocalanın adını əbədiləşdirmək tamamilə məntiqi və bizim tərəfimizdən siyasi cəhətdən adekvat olardı",-o, qeyd edib.
 
Bundan başqa, Kadırov Rusiya XİN-i yaranmış vəziyyətə xüsusi diqqət yetirməyə və belə təzahürlərə qarşı qabaqlayıcı diplomatik tədbirlər görməyə çağırıb.
 
Türkiyədə Dudayevin şərəfinə parkın açılması xəbəri dekabrın əvvəlində yayılıb. Bu zaman açılış mərasimində hakimiyyət təmsilçiləri separatçını azadlıq uğrunda mübariz adlandırıb. Rusiya XİN-də Türkiyə tərəfinin hərəkətlərini tənqid edərək xatırladıblar ki, Moskvanın terrorçulara heykəllərin qoyulması məsələsinə münasibəti dəyişməz və prinsipial olaraq qalmaqdadır, bunu RİA Novosti agentliyi yayıb.
 
Cövhər Dudayev 1991-ci ildə Çeçen-İnquş respublikasının prezidenti seçilib. Özünün ilk fərmanı ilə o, tanınmamış İÇR-in müstəqilliyini elan edib. Rusiyanın xüsusi xidmət orqanları bir neçə dəfə ona qarşı sui-qəsd təşkil edib, növbəti belə sui-qəsd 1996-cı ildə uğurla baş tutub. İÇR-in ilk prezidenti Qroznı yaxınlığında raket zərbəsi nəticəsində həlak olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib