Dərc edilib: 21-12-2021

https://www.nuh.az/30826-.html

Səfər Mehdiyevdən Yeni Zelandiya və Ukrayna yağı saxtakarlığı

21.12.2021 22:39:05

Müsahibə

Azərbaycan Yüksəliş Partiyası başqanının iqtisadi məsələlər üzrə müavini Mirzə Rəşad Bakuvi sensasion fakt açıqlayıb. Reportyor.info xəbər verir ki, 2020-ci ilin 12 ayı ərzində 4,6 min ton (4 milyon 600 min kg) "Yeni Zelandiya yağı” adı altında və 1000 ton (1 milyon kg) "Ukrayna yağı” adı altında, mənşəyi bilinməyən hansısa məhsullar gömrükdə rəsmiləşdirilib, əhaliyə yedizdirilib, on milyonlarla dollar qazanc götürüblər. 

Partiya funksioneri qeyd edib ki, "Comtrade” bazası gömrükdə baş verən dəyişiklikləri izləmək baxımından yaxşı mənbədir: "Güzgü statistikası” ticarət tərəfdaşlarının təqdim etdiyi məlumatlarla bizim məlumatları tutuşdurmağa imkan yaradır.

Nümunə üçün kərə yağını (əmtəə kodu 040510) götürdüm və əsas ixracat ölkələrin məlumatları ilə bizim gömrüyün məlumatlarını tutuşdurdum. 2020-ci ilin ilin yekunlarına görə nəticə belədir:

1. Yeni Zelandiya gömrüyü göstərir ki, ötən il ərzində Azərbaycana təxminən 15.5 milyon dollar həcmində 3.7 min ton kərə yağı ixrac ediblər – hər kq 4.2 USD.
Azərbaycan gömrüyünün məlumatına görə, həmin dövrdə Yeni Zelandiyadan 34.4 mln. dollar dəyərində 7.1 min ton kərə yağı idxal edilib – hər kq 4.8 dollar.

2. Ukrayna gömrüyü göstərir ki, 2020-ci ildə Azərbaycana 12.9 mln. dollar dəyərində 2.9 min ton kərə yağı ixrac olunub – hər kq 4.4 dollar. Azərbaycan gömrüyünün həmin dövrü üzrə Ukraynadan kərə yağ idxalı göstəricisi belədir: 19.5 mln. dollarlıq 3.9 min ton – hər kq 5 dollar.

Hər 2 ölkə üzrə qarşılıqlı statistikada oxşar tərəf budur ki, onlarda həm dəyər, həm də natural həcm etibarı ilə daha az göstərilir, bizdə əksinə daha çox. Az qala 2 dəfə fərq var. Hərçənd ki, hər kq hesabı ilə qiymətlər bir-birinə çox yaxındır.

Gəl indi baş çıxar ki, Zelandiyanın və Ukraynanın gömrüyü bəyan edirlər ki, biz filan qədər mal satmışıq, filan qiymətə.

Ancaq digəl ən son ötən həftə ağzından dür tökülən Səfər Mehdiyevin sədri olduğu Azərbaycan Gömrük Komitəsi idxal bəyannamələri üzrə bəyan edib ki, yox e, əfəndilər, zelandiyalılar da, ukraynalılar da yalan danışırlar, biz oralardan çox yağ tədürük eləmişik”./reportyor.info/

NUH informasiya agentliyi səhifəsindən çap edilib