Dərc edilib: 22-12-2021

https://www.nuh.az/30827-.html

Bill Qeyts pandemiyanın bitəcəyi zamanı açıqladı

22.12.2021 00:56:58

LIVE

““Omikron” ştamının yayılmasına baxmayaraq, koronavirus pandemiyası 2022-ci ildə başa çata bilər”. 


“Qafqazinfo” xəbər verir ki, bunu “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts deyib. Onun sözlərinə görə, tarixdə heç bir virus “omikron” variantı qədər sürətlə yayılmayıb. Qeyts güman edir ki, tezliklə “omikron” dünyanın bütün ölkələrində olacaq. İş adamı vurğulayıb ki, yeni ştam ciddi qəbul edilməlidir, çünki onun hansı simptomlara səbəb olduğu hələ məlum deyil. 

“Deltanın yarısı qədər ciddi olsa belə, bu, çox yoluxucu olduğu üçün gördüyümüz ən pis dalğa olacaq. Eyni zamanda, lazımi tədbirlər görsəniz, 2022 pandemiya üçün sonuncu il ola bilər”, - deyə milyarder Tvitter səhifəsində yazıb. 

Milyarder insanları maska ​​taxmağa, böyük izdihamdan qaçmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib