Dərc edilib: 22-12-2021

https://www.nuh.az/30830-.html

Polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb

22.12.2021 12:31:25

LIVE

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb.

 

Moderator.az xəbər verir ki, polkovnik Cəlil Xəlilov Beynəlxalq Millətlər İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Birliyi tərəfindən elm, vətənpərvərlik və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsindəki uzunmüddətli xidmətlərinə görə “Долг и Честь” ordeni ilə təltif edilib.

 

Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib