Dərc edilib: 24-12-2021

https://www.nuh.az/30850-.html

“Mən Prezidentə qarşı deyil, yeddi başlı şəxslərə qarşı müxalifətəm”

24.12.2021 12:37:50

Hadisə

“Son 100 ildə Azərbaycan türk-islam dünyası daim kiçilib. Qarabağın işğaldan azad edilməsi ilə dünyada artıq türk dünyası qalxma dövrü yaşadı”.  

 


“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə onu təbrik edərkən deyib.

O qeyd edib ki, dövlət başçısının çoxlu fəxri adı var: “Ən böyük adınız isə müzəffər komandandır. Qarşıda böyük vəzifələr durur. Təpəgözün gözünü çıxarmışıq, ancaq özü durur. Mən sizə qarşı deyil, yeddi başlı şəxslərə qarşı müxalifətəm. Korrupsiya, keyfiyyətsiz təhsil və s. məsələlərdə sizin arxanızdayıq və sizi hər zaman dəstəkləyirik”.

Deputat Vahid Əhmədov isə çıxışında bildirib ki, son günlər Prezident İlham Əliyev tərəfindən ciddi fərmanlar imzalanıb: “Bir həftə ərzində təxminən 4 milyon insanın maaşının artması ilə əlaqədar fərman imzalanıb. Prezident İlham Əliyevin imzaladığı əsas fərmanlardan biri Birinci Qarabağ müharibəsi əlili olan hərbçilərə birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlıdır. Dövlət başçısı Azərbaycan xalqının sosial vəziyyətini hər zaman ön plana çəkib. Prezidentin apardığı siyasət Azərbaycan 2022-ci ildə də problemlərin həllində mühüm nəticələrə gətirib çıxaracaq”.

***

Deputat Sabir Rüstəmxanlı bildirib ki, burada ana müxalifət partiyasının sədri kimi xatırlayır ki, Prezident İlham Əliyev heç bir ziyalının doğum gününü, yubileyini diqqətdən kənar qoymayıb: "Əlimizə fürsət düşüb, mən də Prezidentin yubileyini təbrik etmək istəyirəm.

1994-cü ildə Heydər Əliyevin Çinə səfəri zamanı olan bir xatirəsini paylaşıb. Deyir həmin səfər çox işgüzar keçmişdi. O zaman Heydər Əliyevə dedim ki, bəlkə də Allah sizi Çin kimi, Hindistan kimi böyük dövlətləri idarə etmək üçün yaradıb, amma Azərbaycanı idarə edirsiniz. Azərbaycanın da problemləri bitmir. O bu fikrimə güldü və dedi ki, bəlkə zarafat edirsiniz. Düşünürəm ki, Prezident İlham Əliyev də bu mənada da atasının yolunu gedir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib