Dərc edilib: 25-12-2021

https://www.nuh.az/30856-.html

Saxta pul çap edən sevgililər saxlanıldı - Foto

25.12.2021 10:38:59

LIVE

Mingəçevirdə saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. 


DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilib.

Saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.

İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.  

Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib