Dərc edilib: 25-12-2021

https://www.nuh.az/30860-.html

Rəsulzadənin nəvəsi: "Demişdilər başqa şeylər də olacaq, amma olmadı"

25.12.2021 23:27:55

Mədəniyyət
"Azərbaycan Dövlət Pedoqoji Universitetinin 100 illiyi münasibətilə prezidentin fərmanıyla fəxri fərmanla təltif olundum. Amma demişdilər başqa şeylər də olacaq"
 

Bunu Moderator.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadə deyib. O, ömrünün əlli ilini bu universitetdə işlədiyini bildirib:
 
"Bu fakültə bədii qiraət fakültəsi idi. Ömrümün əlli ilini bu universitetdə işləmişəm. İndi fakültənin  adını dəyişib  bədən tərbiyəsi və təsviri incəsənət fakültəsi etdilər. Bu fakültənin də əlli illik yubileyi idi. 1971-ci ildə fakültəni yaratdıq. 1978-ci ildən isə burda işləyirəm. İndi məzunlarımın çoxu təkcə Azərbaycanda yox, bir çox xarici  ölkələrdə yaşayırlar".
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib