Dərc edilib: 28-12-2021

https://www.nuh.az/30872-.html

Jirinovski : “Ukraynanı bombalayaq”

28.12.2021 11:05:33

LIVE

Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə qalmaqallı açıqlaması ilə diqqət çəkib. 


“Qafqazinfo” xəbər verir ki, o, Ukraynanı bombalamağa, Qərbi isə qorxutmağa çağırıb.

Jirinovski bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukraynanı bombardman etmək lazımdır.

O, bu barədə Birinci Kanalın efirində danışıb.

Partiya lideri əlavə edib ki, özü ölkə Prezidenti olsaydı, bunu edərdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib