Dərc edilib: 30-12-2021

https://www.nuh.az/30889-.html

Dünya çempionatı: Şəhriyar Məmmədyarov Karlsenə qalib gəldi

30.12.2021 08:51:35

İdman

Polşanın paytaxtı Varşavada şahmatın blits növü üzrə dünya çempionatına start verilib. 

Yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edir. 
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayır.
Məmmədyarov IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 36-cı gedişdə rəqibini məğlub edib.
Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparır.
Qeyd edək ki, bu gün kişilər arasında 12, qadınlar arasında isə 9 tur oynanılacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib