Dərc edilib: 30-12-2021

https://www.nuh.az/30895-.html

Həbsdə olan icra başçısı reabilitasiya mərkəzinə köçürülüb

30.12.2021 22:34:41

LIVE

Həbs edilmiş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin son durumu açıqlanıb.


 M.Quliyevin vəkili Leyla Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sabiq başçı Bakıdakı reabilitasiya mərkəzlərindən birinə köçürülüb, hazırda müalicə olunur. Obildirib ki, M.Quliyev 2 ay yarım koma vəziyyətində qalıb. Komadan ayılsa belə, hazırda özü yeriyə bilmir.

Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. Bu ilin sentyabrda koronavirusa yoluxan keçmiş başçı Gömrük Hospitalında müalicə alaraq sağalıb.

Mahir Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinir.

Hazırda onun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib