Dərc edilib: 02-01-2022

https://www.nuh.az/30904-.html

Almaniyada müsəlmanların məzarları dağıdıldı

02.01.2022 13:02:48

LIVE

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb.
 
Hadisənin yeni il axşamı yerli vaxtla gecə saat 01:30 və ya 02:00 radələrində baş verdiyi təxmin edilir.
Belə ki, şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb.
Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar.
Ərazidə yaşayan sakinlər dağıdılan qəbirləri yenidən bərpa etməyə çalışır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib