Dərc edilib: 05-01-2022

https://www.nuh.az/30925-.html

Qazaxıstanda vəziyyət kəskinləşir - Video + Fotolar

05.01.2022 13:13:49

LIVE

Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb.


“Qafqazinfo” Qazaxıstan mediasına istinadən xəbər verir ki, Almatıda aksiya iştirakçıları polis postunu yandırıb.

Mitinq iştirakçılarının sözlərinə görə, həmçinin ölkənin hakim “Nur Otan” partiyasının filiallarından birinə hücum edilib. 

Ölkənin teleqram kanallarının yaydığı məlumata görə, şəhərin mərkəzində hazırda etirazçılar ilə Milli Qvardiya qüvvələri arasında toqquşma baş verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütlənin qarşısını almağa çalışır. 

Rəsmi məlumata görə, Almatıda qarşıdurma zamanı 137 polis əməkdaşı və 53 mülki vətəndaş xəsarət alıb. 190 nəfər tibb müəssisələrinə müraciət edib. 

Bununla yanaşı, 40 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7-si hazırda reanimasiyadadır. Onlardan 4-ü polisdir.

Həmçinin oxuyun: “Tapançamı çıxarıb, ard-arda Xanıma atəş açdım” - Şöbədə arvadını öldürən polis

***

Almatıda etiraz aksiyası zamanı 16 polis avtomobili, 7 təcili tibbi yardım, 2 yanğınsöndürən, 7 yük və 1 benzindaşıyan avtomobil yandırılıb və əzilib.

Həmçinin biznes də zərərsiz ötüşməyib. Belə ki, 120 mağaza, 100-dən çox ofis və 80 ictimai iaşə obyektinə zərər dəyib.

***

“Sputnik Qazaxıstan”ın məlumatına görə, aksiya iştirakçıları Almatıda inzibati binaya hücum ediblər. Hücumda təqribən 3000 nəfər iştirak edir. Onlar əsas olaraq rezin dəyənəklə silahlanıblar. 

Hadisə yerinə təqribən 1500 polis əməkdaşı cəlb olunub. Polis iqamətgaha geri çəkilməli olub. Bu isə inzibati binadan 50 metr məsafədə yerləşir. Hadisə yerində olan müxbirin sözlərinə görə, aksiya iştirakçıları bir neçə polisi döyüb, onların silahını, dəbilqə və qalxanlarını götürüblər. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib